Sağlamlaşdırma prossesi bu icra başçılarına da tətbiq edilə bilər. Siyasi hakimiyyət Əhəd Abıyev kimi reputasiyası zədələnmiş icra başçıları ilə yaxın vaxtlarda yollarını ayıra bilər.
Sirr deyil ki, son bir ildə rayonlara təyin edilən rəhbər şəxslər yeni təfəkkürlü simalardı. Söhbət ondan getmir ki, yeni təyin olunanlar idarəetmədə səhvsiz şəxslərdi. Sadəcə uzun illər cəmiyyətin qınağına tuş gəlməyən, insanlar tərəfindən ikrahla qarşılanmayan şəxslərdir.
Məqsəd də sağlamlaşdırma prossesində belə şəxslərə üstünlük verilməklə cəmiyyətdə yaranmış mövcud narazılıqların mərhələli şəkildə aradan qaldırılmasıdır.
Zirveyolu.info xəbər verir ki, faktinfo.az saytına mötəbər dairədən verilən məlumata görə, yaxın gələcəkdə Əhəd Abıyev də yola salınacaq: “Çünki Əhəd Abıyev bundan sonra yaxşı işləsə belə, ictimaiyyətin ondan razı qalması mümkünsüzdür”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…