Cəmiyyət

Həqiqət Qədirovanın həqiqətdən uzaq əməlləri-ŞOK FAKTLAR-VİDEO

Hal-hazırda ölkəmizin aparıcı səhiyyə müəssisələrindən biri hesab olunan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verənlər, bu gün nəinki ayrı-ayrı fərdlərin, hətta geniş ictimaiyyətin də müzakirə etdiyi əsas mövzulardan birinə çevrilmişdir. Media üzərindən apardığımız araşdırmalardan və bir çox mənbələrdən xeberfakt.az-a daxil olan məlumatlara görə, Həqiqət Qədirova bu səhiyyə müəssisəsinə direktor təyin olunduqdan bir müddət sonra, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda sanki diktatura rejimi formalaşmağa başlayır. Bir qədər də yumşaq desək, bu səhiyyə müəssisəsində bir növ Şimali Koreyada tətbiq olunan ifrat idarəçiliyin elementləri hiss olunur. Belə bir səbəbdən də, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir, kütləvi narazılıqlar və s. baş qaldırmaqda davam edir. Məsələnin maraqlı və təəccüblü tərəfi ondan ibarətdir ki, bu İnstituta rəhbərlik edən Həqiqət Qədirova ilə “müharibəyə başlayanlar”ın çoxu, məhz uzun illər ərzində bu səhiyyə ocağında çalışanlar olurlar. Yəni, qısa zaman kəsiyində vəziyyət elə bir dözülməz həddə gəlib çatır ki, burada çalışan həkim kollektivi üzvlərinin bəziləri, xanım direktorun tətbiq etdiyi diktatuta rejiminə qarşı “bund qaldırırlar”. Bu mübarizədə hansı həkim ürəkli davaranısa və iradəsini ortaya qoymağı bacarırsa, çox keçmir ki, həmin şəxs daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Məsələn, Həqiqət Qədirovanın təkcə on aylıq idarəçiliyi dövründə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 8 nəfər peşəkar mütəxəssisi daşıdıqları vəzifələrindən uzaqlaşdırılırlar. Onlar aşağıdakı şəxslərdirlər.

1. Kamal Eliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri,

2. Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.

3. Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),

Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.
Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə muduri.
Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.
Elşən Həsənov; anestezioloq-reanimatoloq.
İşə yenicə qəbul edilən anestezioloq- reanimatoloq gənc bir qız (Mənbəmizin bildirdiyinə görə, bu gənc kadr İnstitutda 1 gündən artıq işləyə bilməyib).
Potensial qurbanlar:

1. Arif Qurbanov – həkim rentgenoloq

2. Cəmil Ələkberov – tibb elmləri namizədi, Səhiyyə Nazirliyinin aparıcı cərrahı, elmi işçi. Cəmil həkim həm də aprel döyüşlərinin iştirakçısı olur.

3. Xatirə Əliyeva – USM həkimi

Həqiqət Qədirova peşəkar kadrlara qarşı başladığı “səlib yürüşü”nü bu gün də davam etdirməkdədir. Hazırda o, bütün gücünü və potensialını bu institutun həkimi Füzuli Əliyevin üzərinə yönəldib ki, bu işdə ona Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş həkim vəzifəsini müvəqqəti əvəz edən Nailə Mahmudovanın əməlli-başlıca təkan verdiyi söylənilir. Məsələn, Füzuli həkimin həyata keçirib You Tubedə paylaşdığı video-çəkilişlərdən görünür ki, rəhbərlik ona qarşı çirkin niyyətlərini həyata keçirmək üçün müəyyən oyun qaydaları oynayır. Yəni guya ki, Füzulu həkim hansısa xəstədən 200 manat rüşvət alıb. Amma, çəkilişi həyata keçirilən xəstə video-çəkiliş zamanı “Füzuli həkim bizə çox gözəl baxıb, heç vaxt o, məndən pul istəməyib və ona pul verməmişəm. Odur ki, Füzuli həkimdən heç bir narazılığım yoxdur” deyir. Bundan başqa, rəhbərlik Füzuli həkimlə bağlı hazırladıqları ərizəyə, işin mahiyyəti haqda heç bir məlumatı olmayan şəxsə də imza atdırırlar. Şəxsin danışığından isə bəlli olur ki, o, hazır ərizəyə qol çəkir, amma məsələnin mahiyyəti haqda heç bir məlumatı olmur. Rəhbərliyin növbəti oyunlarından biri də, guya ki, Füzuli həkim şöbədə xəstələrin yanında söyüş sözləri ifadə edir. Şöbədə müalicə olunan Azər, Rəşad, Ağaməli və Mustafa adlı şəxslər isə “Fuzuli həkim heç zaman şöbədə söyüş sözləri ifadə etməyib” deyə fikirlərini AÇIQ ŞƏKİLDƏ ifadə edirlər.

Qeyd edək ki, Füzuli Əliyev bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışsa da, o, 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olur və 44 günlük Vətən müharibəsi başlayarkən isə, bir cərrah həkim olaraq cəbhə bölgəsində fəaliyyətini davam etdirir. Bu yöndə fəaliyyətinə görə o, fəxri FƏRMANLA və YAP tərəfindən verilmiş Ttəşəkkürnamə ilə təltif olunur.

Onu da unutmaq olmaz ki, hal-hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda elə bir idarəçilik həyata keçirilir ki, elə bir ab-hava hökm sürür ki, yaşananlar haqda məlumatı olan hər kəs, sanki şoka düşməli olur. Məsələn, adicə bəzi faktları hər kəsin diqqətinə çatdıraq ki, 21-ci əsrdə bu institutda liftlər işləmir, alətlər olduqca köhnədirlər, cərrahiyyə blokunda əməliyyatlar getmir, sanitar-gigiyenik qaydalar kobud şəkildə pozulur, su puluna görə sular mütəmadi kəsilir, elektrik şitlərinin qaydaya salınması üçün həkimlərdən pul yığılır. Söylənilənlərə görə, yığılan pulların müəyyən hissəsi Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə rüşvət şəkilində verilir.

Məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Bolgexeber.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir