2014-cü ildən Tunisə rəhbərlik edən Beji Kaid əs-Sebsi 92 yaşında dünyasını dəyişib.
Zirveyolu.info xəbər verir ki, dövlət başçısı bu gün Tunisdə hospitalların birində saat 10:25-də vəfat edib. Bu barədə Prezident Aparatı məlumat yayıb.
“Al-Arabiya” telekanalının xəbərinə görə, Tunisi müvəqqəti olaraq (45-90 gün ərzində) parlamentin spikeri Məhəmməd ən-Naser idarə edəcək.
Qeyd edək ki, bu gün Sebsinin səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirildiyinə dair məlumat yayılmışdı.
(Qafqazinfo)