Dünya

Çeçen taboruna Zelenskini öldürmək əmr edilib? – Kadırovun bəhs etdiyi “ən çətin tapşırıq” nədir?

Çeçenistan rəhbəri Ramazan Kadırov sosial şəbəkə hesabında Qroznıda 12 mindən çox döyüşçünün Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib. Bu gün isə bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılıb.

Görünür, Putinin çeçenləri Ukrayna müharibəsinə cəlb etməkdə iki məqsədi var.

Birinci ehtimal odur ki, çeçenlərin qarşısına qoyulan əsas hədəf Ukrayna Prezidenti Vladimir Zelenskini və onu əvəzləyə biləcək şəxsləri ən qısa zamanda ələ keçirmək, lazım gələrsə öldürməkdir. Kadırovun “12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir” sözləri də bunu təsdiq edir. Mümkündür ki, Kadırovun qeyd etdiyi “ən çətin tapşırıq” məhz Zelenskini aradan götürməkdir.

Zelenski hazırda Ukrayna və onun xalqı üçün simvollaşmış personadır. Aydın məsələdir ki, onun ölümü Ukrayna xalqının müqavimətini və qələbəyə olan inamını sarsıda bilər. Digər tərəfdən, Zelenskinin əvvəlcə Putinlə danışıqlar masasına otumağa razı olduğunu deyərək, , Qərbin dəstəyini aldıqdan sonra isə bundan imtina etməsi Kremli qəzəbləndirib. Görünür, elə bu səbəbdən də çeçenlərin qarşısında ümdə vəzifə kimi Prezident Zelenskini ələ keçirmək və ya öldürmək tapşırığı qoyulub.

İkincisi, Putin Ukraynanın Rusiya-Çeçenistan müharibəsində çeçenlərə verdiyi dəstəyi unutmayıb. Rusiyada yaşayan digər milli azlıqların deyil, məhz çeçenlərin prosesə cəlb edilməsi iki xalq arasında müharibədən sonra davam edəcək etnik gərginliyin zəminini yaratmağa hesablanıb. Çeçenlər Ukraynada sivil vətəndaşlara atəş açsa, terror aktı həyata keçirsə, bu, iki xalq arasında uzun illər davam edəcək etnik nifrətin əsasını qoyacaq./sfera

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir