Cəmiyyət

Bakıdakı rus məktəbləri BAĞLANSINMI? – AKTUAL

Rusiyanın Ukraynaya hücumu və onun cavabında Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində rublun məzənnəsi kəskin azalıb.

Zirveyolu.info  FED.az-a istinadla xəbər verir ki, məzənnənin aşağı düşməsi özünü Azərbaycanda Mərkəzi Bankın rəsmi məzənnələrində də göstərib. Rubl manat qarşısında 21% ucuzlaşıb və hazırda 1000 rubl 15,7 manatdır (fevralın 25-də 22 manat idi).

Yaranmış vəziyyətlə əlaqədar olaraq bəzi banklar rublla əməliyyatları məhdudlaşdırıblar. Belə ki, Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) rublla əməliyyatları məhdudlaşdırdığı barədə müştəridərinə xəbərdarlıq edib.

Bankın bununla bağlı açıqlamasında deyilir: «Maliyyə bazarlarında Rusiya rublu (RUB) ilə bağlı yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində, Rusiya rublunda (RUB) bütün nağd, nağdsız və kross konvertasiya (alış / satış) əməliyyatlarının aparılması məhdudlaşdırılır.

Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcəkdir».

Rublla əməliyyatları məhdudlaşdıran banklar sırasına “Unibank” da daxil oldu.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir