Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Xatırladaq ki, 28 Fevral 2022-ci il tarixində 369 yoluxma faktı və 17 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2071, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29607, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1798 nəfərdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir