Cəmiyyət

Anar Qədiməliyevin özbaşınalığı niyə cəzasız qalır? – ETİRAZ

Son zamanlar Gəncə Şəhər Təhsil İdarəsində qeyri-adi hadisələr, biabırçılıqlar və özbaşınalıqlar tuğyan edir. Özünə “toxunulmazlıq statusu” almış Gəncənin Təhsil “Şefi” Anar Qədiməliyevin həngamələri, dəhşətli özbaşınalıq halları mövcud olsa da, cəzasızlıq hökm sürür. Bu özbaşınalıqların sərgüzəştləri hər gün özünə yeni qalmaqallı səhifə açır. Nə Təhsil Naziri Emin Əmrullayev, nə də bir başqası maxinator, hərbi xidmətdən yayınan “Fərari” Gəncə Təhsil İdarəsinin müdirini durdurmaq haqqında düşünmür. Görəsən niyə? Bəlkə özəl bir səbəb var ki, Anar Qədiməliyevi özbaşına buraxılıb və o Gəncə Təhsil İdarəsini öz istəyinə uyğunlaşdıraraq idarə edir?

Nəzərinizə çatdırım ki, Anar Qədiməliyev Gəncə Təhsilinə rəhbərlik etdiyi 2 il dövründə ən ağır dönəmini yaşayır.

İstər SSRİ dönəmində, istər də Azərbaycanın müstəqilliyinin ilk illərində Gəncə Təhsilinin nüfuzu indikindən qat-qat artıq idi. Anar Qədiməliyevdən əvvəl Gəncə Təhsilin də bir neçə dəfə müdir dəyişikliyi həyata keçirilib. Belə ki, Rüsdəm Bayramov, Rasim İbrahimov, Laçın Vəliyeva, Məmməd Məmmədov, Mahal Əliyev, Zakir Hüseyinov adlı kadrlar Gəncə Təhsil İdarəsinin rəhbərləri işləyiblər. Lakin yuxarıda adlarını qeyd etdiyim Təhsil müdirləri dəyişməsi heç də Gəncə Təhsi İdarəsinin həyatı ilə bağlı olmayıb. İstisna deyil ki, həmin dönəmdə baş verən gərgin ictimai-siyasi proseslər bu məsələdə mühüm rol oynayıb.

Amma onu da əminliklə deyə bilərik ki, bu dəyişikliklərin heç biri Gəncə Təhsilinin inkişafına elə də mənfi təsir göstərməyib. Əksinə, bu dönəmdə Gəncə Şəhər Təhsilin nüfuzu kifayət qədər yüksək olub. Bu dövrlərdə, öz işgüzar, bir-birinə xoş münasibətdə olan, bilikli müəllim heyəti ilə seçilib. Rəhbər dəyişilən zaman da heç vaxt kollektivdə hansısa problem olmayıb. Yeni rəhbərin gəlişi Gəncə Təhsilində proseslərə təsir göstərməyib. Çünki bu rəhbərlər məhz Gəncə Şəhərində uzun müddət müəllim işləmiş, metodist, inspektor, məktəb direktoru kollektivindən seçilib.

Lakin, təəssüflə qeyd etməliyəm ki, Anar Qədiməliyev 2 illlik rəhbərliyi dönəmində Gəncə Təhsil İdarəsinin kollektivini darmadağın edib, ziyalıları, nüfuzlu şəxsləri, məktəb direktorlarını əsassız işdən kənarlaşdırıbdır. Bunlardan 37 nümrəli məktəbin direktoru Mehdi müəllimi, 20 nümrəli məktəbin direktoru Vahid Allahverdizadə, 8 nümrəli məktəbin direktoru Lətifə Quliyeva, 11 nümrəli məktəbin direktoru Ülfət İsmayılova, 29 nümrəli məktəbin direktoru Valeh Hüseyinov, 31 nümrəli məktəbin direktoru Elyanora Hüseyinova, 30 məktəbin direktoru İlham Həsənovu fakt kimi gösdəmək olar. Yuxarıda adı çəkilən direktorların ikisi Əməkdar müəllmdir, İlham Həsənov, Valeh Hüseyinov. Adı çəkilən şəxslərində işdən kənarlaşdırılmağının səbəbi var.

Ona görə ki, Anar Qədiməliyev Gəncə Təhsilində qısa müddət ərzində qohumbazlıq, dostluq, əqidə birliyi prinsipi əsasında kadr təyinatı həyata keçirməklə yanaşı, Təhsildə avtoritar idarəçilik sistemi qurdu. İşdən kənarlaşdırdığı məktəb direktorlarının postuna, yaxın dostlarını, tələbə yoldaşını, digər təcrübəsiz kadrları direktor vəzifəsinə öz maraqları, şəxsi istəyi nəticəsində təyin etdi. Gəncə Təhsilinin səviyyəsi günbəgün aşağı düşdü. Bu baxımdan da, Anar Qədiməliyevin Gəncə Təhsilinə rəhbərlik etdiyi dövrü kollektiv və müəllimlər, metodistlər, inspektorlar üçün ən ağır dönəmini yaşayır. Odur ki, Anar Qədiməliyev nə qədər vəzifəsindən azad olunmayıb, Gəncə Təhsili heç nə əldə etməyəcək, əksinə uzun illər qazandığını da itirəcək.

Anar Qədiməliyevin vəzifəsi Gəncə Təhsilinin əsas olaraq şagird və müəllim “kütləsinə” nəzarət etməkdir. Onun şagirdlərə, müəllimlərə təması çox zəifdir və günümüzün tələblərinə uyğun deyil.

Təhsil Naziri Emin Əmrullayevin, Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin belə zəif kadr olması haqqında kütləvi informasiya vasitələrindən məlumat əldə etməsi, yəqin ki, cavabsız qalmayacaq. //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir