Dünya

“Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq” – Çavuşoğlu

“Ankara hava məkanını Rusiyaya bağlamayacaq. Türkiyənin hava məkanının açıqlığı strateji və humanitar baxımdan vacibdir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Çavuşoğlu daha sonra qeyd edib ki, Ankara Moskva ilə Türkiyə vətəndaşlarının bir hissəsinin Ukraynadan Rusiya ərazisi vasitəsilə təxliyəsi məsələsini müzakirə edir.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.

“Şərtlər imkan verərsə, Antalyada (11-13 mart) Diplomatik Forum çərçivəsində Lavrov və Kuleba arasında görüş təşkil etməyə hazırıq”, – nazir bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir