Cəmiyyət

Füzuli rayonunda təhsil bərbad vəziyyətdə: Məktəbin həyəti, yoxsa direktor Səidə Hacıyevanın inəklərinin örüş yeri?

Füzuli rayonunda təhsil demək olar ki, bərbad vəziyyətdədir.

Bu barədə sakinlərin müraciətindən anlaşılır.

Redaksiyamıza müraciət edən Füzuli rayonu, Araz Yağlıvənd kənd sakini Alıyeva Ziyafət Mirzalı qızı bildirir ki, Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir. Belə ki, məktəbin direktoru olan Səidə Hacıyeva məktəbin həyətində öz şəxsi təsərrüfatına aid olan inəkləri, mal-qaranı otarır.

Şikayətçininn yazdıqlarından bəlli olur ki, məktəbdə istilik sistemi yoxdur, odun sobası yandırırlar və şagirdlər tüstüdən dərs otaqlarında otura bilmir, dərslər yarımçıq kəslir. Müraciətdə o da qeyd olunur ki, məktəbin direktoru Səidə Hacıyeva dövlət tərfindən məktəbə ayrılan idman avadanlıqlarını sataraq mənimsəyib.

Məktəbin fizika, kimya, biologiya otaqlarına verilən fizika, kimya, biologiya avadanlıqları isə direktor Səidə Hacıyeva və RTŞ-nin müdiri Ramella Məmmədova tərəfindən mənimsənilib. Bütün bunlar azmış kimi məktəbin müəlliməsi Pərvanə Quliyeva saxta diplomla məktəbdə direktor müavini işləyib. Direktor müavini işləyən zaman qeyri-qnuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.

Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Şikayətçi xahiş edir ki, onun müraciətini və göndərdiyi canlı video görüntüləri ictimailəşdirək.

Kənd sakinlərinin də bildirdiyinə görə, onlar övladlarına məhz aşağı təhsil keyfiyyəti səbəbindən məktəbə yollamırlar. Bu da kənt orta məktəbinin direktoru Səidə Hacıyevanın işinə yaraıyrmış sanki..

Belə ki, rayonun Araz Yağlıvənd sakinlərinin iddialarına görə, kənd orta məktəbinin direktoru bu gün mətkəbi özünün təsərrüfatına çevirib. Vəziyyət o həddədir ki, hətta məktəbin həyətində direktorun mal-qarası otarılır.

Daha ətraflı aşağıdakı videoda:

MillətinSəsi.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir