“Gəncə Təhsil İdarəsinin “şefi” Anar Qədiməliyev Təhsil naziri Emin Əmurullayevi saymır”, adlı başlıqlı yazıya aydınlıq gətirək ki, Anar Qədiməliyev bütün Gəncə təhsilini uçuruma aparır. Belə ki, Təhsil naziri 8 mart qadınlar bayramı münasibəti ilə, media kanallarına açıqlama verdi ki, heç bir məktəbdə pul adı çəkilə bilməz, çəkildiyi halda əgər rəsmi sübut olarsa, Təhsil Nazirliyi olaraq mövqeyimiz çiddi olacaq.
Belə ki, aşağıda yazılanları “Hürriyyət”in email ünvanına şikayətçilər göndərib. Oxuculara olduğu kimi təqdim edirik:
“Gəncədə fəaliyyət göstərən M.Mehdizadə adına 4N-li məktəb liseyin 2»i» sinifinin rəhbəri, həmdə müəllimi Hüseynova İlhamə Ramiz qızı «Burada mənəm,Bağdadda kor xəlifə» deyibən şagirdlərin valideynlərinin başında tərs dəyirman işlədir. İlhamə Hüseynova üçün müqəddəs heç-bir şey yoxdur, puldan başqa. Müəllimə yaraşmayan əməllərinə görə 2 dəfə töhmət alan bu adam yenədə hədiyyə adı altında şagirdlərdən rüşvət almaqda davam edir, yəni sözün həqiqi mənasında «reketlik» edərək valideynləri cana yığır.
İlhamə Hüseynova başa düşmək istəmir ki, dərs keçdiyinə görə dövlətimiz ona maaş verir. Onun ixtiyarı yoxdur ki, əlavə olaraq müxtəlif bayramlar (bilik günü, yeni il, 8mart və s.) və onun özünün ad ğünü ilə bağlı şagirdlərdən nəsə tələb etsin. Müxtəlif məqsədlərlə pul yığmağa nəinki ixtiyarı yoxdur, bu həmdə cinayətdir.
Valideynlər redaksiyamıza şikayət olaraq bildiriblər ki, direktora məlumat verməyimizə baxmayaraq İhamə Hüseynova qanunsuz əməllərini davam etdirir. Valideynlər bildirirlər ki, bayramlarda ona hədiyyə etməyimizə baxmayaraq, o yenədə narazı qalıb (daha bahalısını almadıqları üçün), hər ay şagirdlərdən (hər şagirddən 10manat) fond pulu tələb edir. Sinifdə 34 şagird varsa, deməli hər ay 340 manat qatlayıb qoyur cibinə. Baxın guya sinif üçün hər ay 340 manatlıq marker, A4 alır. Buna nə ad vermək olar ,ancaq bir ad- soyğunçuluq. Deməli 9 ay bu müəllimənin boynunda torba ,şagirdlərdən müxtəlif bəhanələrlə pul yığmaqla məşğuldur.
Məlumdur ki, yeni dərs ili başlayanda şagirdlərə dövlət pulsuz kitablar paylayır. İlhamə Hüseynova kitabların şagirdlərə verilməsi müqabilində pul tələb edir. Deyəndəki, axı kitablar şagirdlərə pulsuz verilməlidir. Cavabında bildirir ki, bəs bu kitabların maşınla daşınmasına, yüklənib- boşaldılmasına pul vermək lazımdır. Guya şagirdlərdən yığılan pullar bu məqsədlə yığılır. Gəncədəki bütün məktəblərdə bu tendensiya davam edir və ölçü götürən də ki, yoxdur. Bayram gəldi valideynlərin qara günləri başlayır. Görəsən Gəncə şəhər tədris idarəsinin rəisi “FERARİ” Anar Qədiməliyevin məktəblərdəki bu neqativ hallardan, biyabırçılıqdan xəbəri varmı? Əlbəttə ki, xəbəri var, görünür onun da məktəblərdəki bu soyğunçuluqdan payı gəlir, yoxsa bir tədbir görmüş olardı”.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//