Aprel şəhidimizin doğum günündə 35 uşaq sünnət edilib.
Moderator.az xəbər verir ki, aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı gizirimiz Elimdar Səfərovun xatirəsinə hörmət əlaməti olaraq şəhidin ad günündə Neftçala rayon Mərkəzi Xəstəxanasında 35 uşaq sünnət edilib.
Bu haqda saytımıza şəhidimizin qardaşı Elizbar Səfərov məlumat verib. E.Səfərov deyib ki, maddi cəhətdən imkansız olan ailələrin uşaqları şəhidin ailəsi tərəfindən sünnət etdirilib. Şəhid qardaşının bildirdiyinə görə bu cür xeyriyyə aksiyaları həmişə davam edəcək.