Cəmiyyət

Füzulinin icra başçısı da CƏZALANDIRILACAQ – Ondan qalaq-qalaq şikayət var…

Bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri də hazırda Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevdir. Qeyd edək ki, son günlər “yuxarıların” vətəndaş şikayətləri ilə bağlı yerli rəhbərlərə xüsusi həssaslıq nümayiş etdirmələri ilə bağlı tələbləri də yayılan xəbərlər sırasındadır və qeyd olunur ki, birbaşa olaraq ali siyasi rəhbərlik tərəfindən nazir və icra başçılarına vətəndaşların şikayətlərinə səbəb olan məsələlərin qısa müddətdə həll edilməsilə bağlı qəti tapşırıq verilib.

DİA.AZ bildirir ki, amma buna rəğmən bütün bu tapşırıq və vəzifə öhdəliklərini nəzərə almayanlar da var ki, onlardan biri də Füzulinin icra başçısı Alı Alıyevdir. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, gözlənilən icra başçıları ələməsinin növbəti dalğasında ilk hədəflər sırasında Füzuli RİH rəhbəri də var.

Mənbənin dia.az-a söylədikləri: “Alı Alıyevdən PA-da qalaq-qalaq şikayət var. Az qala bir dastan yazmaq olar. Nəhayətdə bu fakt nəzərə alınacaq…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir