Manşet

Milli Şura Leyla Yunusla bağlı mövqe ortaya qoymalıdır: – “Əks təqdirdə…”

Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının “Osmanqızı” kanalında xalq hərəkatının lideri, AXCP sədri olmuş Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyi “agent” adlandırıb.

L.Yunus iddia edib ki, Əbülfəz Elçibəyin həbsdən çıxmasının səbəbi onun KQB ilə əməkdaşlığa getməsi olub. Leyla Yunusun bu açıqlaması cəmiyyətdə və siyasi cameədə ciddi etirazla qarşılanıb.

Maraqlıdır ki, Leyla Yunus özünü Elçibəy yolunun davamçısı adlandıran bir qrupun təmsil olunduğu Milli Şuranın üzvüdür. Amma “Yurd” sədri Əli Kərimlinin nəzarətində olan Milli Şura və qurumun Koordinasiya Mərkəzi L.Yunusun cəfəng iddialarına heç bir cavab vermir, onun təşkilatda təmsilçiliyinə son verilməsi məsələsində susur.

AĞ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında Milli Şuranın Leyla Yunus məsələsinə aydınlıq gətirməli olduğunu deyib. T.Abbaslı bildirib ki, əks halda onlar da Leyla Yunusun fikirlərini şərik olduqlarını ortaya qoymuş olacaqlar:

“Əvvəla onu qeyd edim ki, Leyla Yunusun Elçibəy barədə söylədiyi cəfəng fikirlərə görə onu şiddətlə qınayıram. Elçibəy Azərbaycan xalqı üçün azadlıq simvollarından biridir. Kim olursan ol, xalq üçün həssas olan dəyərlərə hörmətlə yanaşmalı və onun tarixi şəxsiyyətlərinə böhtan atmamalısan. Leyla Yunusun bu hərəkətindən sonra özünə Rəsulzadə-Elçibəy yolunun davamçıları deyən hər kəs onu qınamalı və öz ətrafından uzaqlaşdırmalıdır. Təbiidir ki, bu konteksdə yanaşdıqda, belə cəfəng fikirlərdən sonra onun hələ də Milli Şurada qalması anlaşılan deyil. Hələ nəzərə alsaq ki, Milli Şurada özünü Elçibəyin yolunda getdiyini deyənlər toplanıb, o zaman bu vəziyyət qətiyyən qəbulolunmazdır. Ümid edirəm ki, tez bir zamanda Milli Şura bu məsələyə aydınlıq gətirər. Əks təqdirdə, onlar bu hərəkətləri ilə Leyla Yunusun fikirlərinə şərik olduqlarını ortaya qoymuş olacaqlar

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir