Cəmiyyət

Hava Nəqliyyatında gömrük rəisi Mehman Sadıqovla biznes şəriki Nizami Kərimzadənin OYUNBAZLIĞI- 25 min DOLLARIN AQİBƏTİ NECƏ OLACAQ ?

Bu da sənə rüşvət faktı, cənab Səfər Mehdiyev…

Hava Nəqliyyarında Baş Gömrük İdarəsinin rəisi  Mehman Sadıqovun mükləri, mənzilləri, avtomobil kolleksiyası..

Mehman Sadıqov biznesmen şəriki ilə sahibkarı külli miqdarda aldadıb?…

Xatırlayırsınızsa, bir il  əvvəl  Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev  ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşmüş və bu zaman Azərbaycanda inhisarçılığın olmadığını bəyan etmişdi. Belə ki, “Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Belə fakt varsa, birini göstərin” deyən DGK sədri bildirmişdi.
DGK sədri demişdi ki, gömrük sistemində inhisarçılığın və rüşvətin olduğunu göstərən  olsa İSTEFAYA gedəcəm.
Birincisi, Səfər Mehdiyevə demək istəyirik ki, sən kimsən ki, ÖZBAŞINA İSTEFA verəsən.
İkincisi, rüşvət və korrupsiya ilə bağlı  istəyirsən sənə kifayət qədər  fakt göstərək.
Buyur, faktlarla tanış ol.
Cənab Səfər Mehdiyev, yəqin  Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, yaxın dostunuz Mehman Sadıqovu əla tanıyırsınız. Axı, onu bir müddət əvvəl  siz  bu boyda vəzifəyə təyin etmisiniz.
Mehman Sadıqov dövlət məmuru olduğu halda biznes fəaliyyəti ilə necə məşğul ola bilər, cənab Mehdiyev ?
Deyirsiniz mənə fakt göstərin.
Buyur tanış ol. Bəli, DGK-nın yüksək rütbəli məmuru Mehman Sadıqov biznesmen  Nizami Kazımzadə ilə Zirə kəndində  böyük  istixana-“parnik”  biznesi ilə məşğul olur.
Məmurun bizneslə məşğul olması bir cinayət əməlidir, amma Səfər Mehdiyevin dostu  Mehman Sadıqov və şəriki sahibkara böyük məbləğdə pul da borcludur.
Belə ki, Mehman Sadıqov  vəzifə  səlahiyyətlərindən və əlaqələrindən sui-istifadə edərək vətəndaşlara qarşı haqsızlıq edərək onlara 25 min dollar aldadıb və “parnik”də  əkdiyi məhsulu sahibinə verməyərək, onu mənimsəyib.
Özünüz  fikirləşin,  gömrük işçisi olan  Mehman Sadıqovda  5 milyon dollar  haradandır ki, biznesmenlə şərikli biznes qurur.
Görəsən, bu  suala Mehman Sadıqovun rəhbəri Səfər Mehdiyev cavab verə bilərmi ?
Mehman Sadıqovun 800  dövlət nişanlı avtomobil kolleksiyalarının dəyəri milyonlarladır.
Bu pullar haradandır, cənab komitə sədri ?
Bakıda çoxsaylı mənzillərə, obyektlərə sahib olan  Mehman Sadıqov  əvvəllər  Tovuz Gömrüyünün  rəisi olub.
Bu adamın mobil telefon nömrələrinin birinin qiyməti 5 min manatdan başlayır.
Bu adam vəzifədə  çalışdığı müddətdə həmişə  sahibkarları incidib, kiçik və orta sahibkarları sıradan çıxararaq  inhisarçılığa  şərait yaradıb.
Cənab Səfər Mehdiev, sənə dost olan və səni vəsf edən baş redaktorlara deyirdin ki, DGK-da 1-cə faiz rüşvəti mənə göstərin…
Bu da sənə  rüşvət…özü də  1 faiz yox ee, 99 faiz…buna nə deyirsən..?
Yeri gəlmişkən, onu da qeyd edək ki, Mehman Sadıqova uzun müddət  DGK sədrinin sabiq müavini, general  Şahin Bağırov “krışası”lıq edib.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Bizi izləyin.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyni dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir