Cəmiyyət

Fazil Məmmədovun adamı “Atena”nı satır

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılması nəzərdə tutulur.

Mediatv.az xəbər verir ki, “Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “Atena” şirkətinə şərik edilib:

“İsrafil Qasımov “Atena”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “Atena”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb”.

R. Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “Atena” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.

Rəfail Rəsulov əlavə edib ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.

Mediatv.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir