Dünya

Rumıniya rus tanklarını Serbiyaya buraxmadı

Rumıniya hökuməti Serbiyaya çatdırılmalı olan Rusiyanın 30 ədəd T-72B3 və 30 ədəd BRDM-2 zirehli maşınının daşınmasına icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Digi” telekanalı informasiya yayıb.

Sözügedən məlumatı Serbiyanın Moskvadakı səfiri Miroslav Lazanski də təsdiqləyib. Rəsmi Belqrad baş verənləri Dunay çayında naviqasiya rejiminə dair konvensiyanın kobud şəkildə pozulması kimi qiymətləndirib.

Sözügedən göstərişin NATO komandanlığı tərəfindən verilmiş olması ehtimalı da istisna edilmir.

Qeyd edək ki, hərbi texnikanın çatdırılması ilə bağlı müqavilə 2016-cı ildə imzalanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir