Cəmiyyət

Azərbaycanda yeni TENDER HOQQABAZLIĞI… – Adı da, əməli də ŞÜBHƏLİ

Azərbaycanın dövlət satınalmaları sahəsində yeni «tender çempionu» ortaya çıxıb. Zirveyolu.info FED.az-a istinadla xəbər verir ki, təqribən 1 il əvvəl yaradılmış “Etnik Gələcək-2021” MMC adlı şirkət cəmi 1 həftə ərzində 9 tender qazanaraq adını dövlətsatınalmaları tarixinə yazmağı bacarıb.

Martın 3-dən 10-dək şirkət ümumi məbləği 2,15 milyon manat olan dövlət satınalmalarını qazanıb. Maraqlıdır ki, “Etnik Gələcək-2021” MMC yalnız Bakının rayonlarındakı tenderlərdə qalib gəlir. Belə ki, şirkət Bakının Nizami, Nəsimi, Xətai rayonlarında tenderləri udub. Bunlar parklar üçün zibil qabı almaqdan tutmuş məişətdə istifadə olunan əşyalara qədər ən müxtəlif satınalmalardır.

Digər maraqlı məqam odur ki, şirkətin iri tenderlərinin heç biri 300 min manatlıq həddi keçmir. Nəhayət, ötən il “Etnik Gələcək-2021” daha çox Mədəniyyət Nazirliyi ilə işləyib.

Qeyd edək ki, “Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.

Beləliklə “Etnik Gələcək-2021” MMC şirkətinin son 1 həftədə qazandığı tenderlər:

Azərbaycanda yeni TENDER HOQQABAZLIĞI...
Azərbaycanda yeni TENDER HOQQABAZLIĞI...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir