Əfqanıstanın şərqində yerləşən Qəzni vilayətində avtomobilin partladılması nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Zirveyolu.info “Report”a istinadən xəbər verir ki, bunu polisdən bildiriblər.
Partlayış iyulun 27-də səhər saatlarında Ab Band bölgəsində baş verib.
Hadisənin təfərrüatı açıqlanmayıb.