Cəmiyyət

Əmrullayevin çevrəsində TƏMİZLƏMƏ… – Kimlər HƏBS OLUNACAQ?

Təhsil Nazirliyində baş verən digər neqativ hallara keçməzdən öncə bir ciddi problemə nəzər salaq.
Təhsil naziri Emin Əmrullayevin 3 müavini var.

Nazir müavini Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, yəni “Narxoz”u bitirib.
Digər nazir müavini İsayev İdris Balakişi oğlu D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirib, yəni “Narxoz”u.

Nazirin digər müavini Məmmədov Muxtar Məmməd oğlunun ixtisası Beynəlxalq münasibətlərdir, Belçikada səfirlikdə işləyib, yəni DİPLOMAT-dır.
Cənab təhsil naziri Emin Eldar oğlu Əmrullayev özü isə “Partşkola”nı bitirib. Yaşlı nəsil gözəl bilir ki, sovet dövründə partiya məktəbi deyilən bir məktəb var idi. Sonra bir neçə dəfə adını dəyişdirdilər.

Sözümüzün canı odur ki, uşaq bağçalarına, orta məktəblərə, kolleclərə, ali məktəblərə rəhbərlik edən nazirliyin rəhbərliyində olan 4 nəfərin heç birinin pedoqoji təhsili yoxdur. Bunların heç olmasa biri PEDOQOQ olmalı idi.
Elə bilirsiniz məsələ təkcə nazir və müavinlərlə bitir.

Nazirlikdə fəaliyyət göstərən idarə və şöbələrin rəhbərləri də ya “Narxoz”u bitirb, ya da biznes sahəsində çalışıb.
Hətta nazir müavinlərindən biri İdris İsayev “Narxoz”u bitirəndən sonra ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində BİZNESİN idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb.

İndi gördünüzmü, milli təhsilimizi biznesmenlər, kredit mütəxəssisləri idarə edir.
Məhz ona görə də milli təhsilimiz ilbəil geriyə gedir.

Çünki belə şəxslər təhsilə millətin gələcəyi kimi deyil, sanki biznes, kimi baxa bilərlər.

Bəli, məsələn, nazir müavini Firudin Qurbanov üçün ali məktəblərə müəllim, yaxud laborant təyin etdirmək iki vur ikidir.
Bu şəxs həm nazir müavini, həm də BDU-da rektor olanda xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların qiymətini dəfələrlə artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi.

Firudin Qurbanov nazir müavini kimi orta məktəblərə müəllim düzəltmək, şagirdlərin yerdəyişməsi və s məsələlərdən əməlli-başlı qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun:

Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
İndi gördünüzmü, bunlar biznesmenlərdir.

O biri müavinlər də eləcə təhsilin hesabına özlərinə biznes qururlar.

Məsələn, nazirin digər müavini Muxtar Məmmədov tələbələrin xaricdə təhsil almasını sanki biznesə çevirib.
Qeyd edək ki, yazıda müxtəlif media orqanlarının məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir