Cəmiyyət

AMEA-da NƏLƏR BAŞ VERİR?.. – İLGİNC İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda bu yaxınlarda ciddi qalmaqal yaşanıb. Zirveyolu.info xəbər verir ki, hurriyyet.az-a etibarlı qaynaqlardan daxil olan məlumata görə, bir aya yaxındır işə gecikmələrlə gələn İnstitutun ləğv olunmuş Planlaşdırma Şöbəsinin müdiri, hal-hazırda mühasibatlıqda baş iqtisadçısı vəzfəsində çalışan Fatimə İsmayılova ilə institutun direktoru Vaqif Abbasov arasında insident yaşanıb.

Məlumata əsasən, Fatimə İsmayılovaya “bir daha işə işə geciksən cəzalandırılacaqsan” deyə irad bildirən Vaqif Abbasov, aldığı cavabın qarşılığını verməkdə çətinlik çəkib. Belə ki, direktorun azarlamasından pərt olan Fatimə İsmayılova ona cavab verməyə məcbur olub: “Yaxşı eləyib gecikirəm. Necə olur ki, sizin qohumlar işə gəlməyə-gəlməyə cəzalandırılmırlar, amma biz gecikəndə cəzalandırılırıq?! Bunda sonra belə olacaq, ta ki, qohumlarınız işə gələnə qədər”.

Mənbənin sözlərinə görə, bu insident Neft-Kimya Prosesləri İnstitutunun çox sayda əməkdaşının gözü qarşısında baş verib.

Xatırladaq ki, biz “Hürriyyət” olaraq bir müddət öncə Vaqif Abbasovun yüzə yaxın qohumunun institutda müxtəlif vəziflərdə işlədiyi ilə bağlı məlumat vermişdik. Həm məlumatdan sonra Abbasov qohumlarının bir hissəsini işə gəlməyə məcbur edə bilmişdi. Qalanları isə hansısa səbəbdən gəlməkdən imtina ediblər.

Görünür, bu da Fatimə xanımın, eləcə də onun kimi digər işçilərin, direktor Vaqif Abbasovun qohumları kimi işə davamiyyətini azaltmışdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir