Cəmiyyət

Elmi-Tədqiqat Tibbi Bərpa İnistutu yeni rəhbərliklə YOLLAŞMIR… – NARAZILIQ VAR!

Elmi-Tədqiqat Tibbi Bərpa İnistutunda narazılıq var. Bu barədə DİA.AZ-a sözügedən qrumda çalışanlardan biri məlumat verib.

Mənbə iddia edir ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnistutuna Təbib İdarə Heyyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun direktor təyin etməsindən sonra orada həkimlərə qarşı tələbkarlıq artıb.

Dia.az-a söylənilənlər: “Tibb müəissəsinə direktor təyin olunan Pərvin Ələkbərov həkimlərdən səmərəli işləmələrini tələb edir. Tədqiqat işləri ilə məşğul olmayanlar, nəzərdə tutulan işləri düzgün icra etməyənlər iş yerlərini itirəcəkləri ilə hədələnir. Bu da haqlı olaraq bəzi həkimlərin narazılığına gətrib çıxarıb”.

“…bizə nə maaş verirlər ki, hələ bizdən istənilən səviyyədə işləmək tələb edirlər” – deyə mənbə giley edir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir