“Yuventus”un futbolçusu Sami Xedira klubunu dəyişə bilər.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Arsenal”a keçməyə yaxındır. Turin klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan futbolçu ilə “Valensiya” və “Fiorentina”nın da maraqlandığı bildirilir.
Qeyd edək ki, 2015-ci ildən “Yuventus”da çıxış edən 32 yaşlı futbolçu ötən mövsüm “qoca sinyora”nın heyətində 17 oyuna 2 qol vurub.