Bakının mərkəzində- Qış parkındakı “Palıd” restoranında əcaib mənzərə müşahidə olunub.
BakuPost xəbər verir ki, müştərilərə təqdim olunan mürəbbədən həşərat çıxıb. Müştərilərin narazılığına isə ofisiantlar qəribə reaksiya veriblər.
Onlar burada qeyri-adi heç nəyin olmadığını bildiriblər: “Biz özümüz mürəbbə hazırlamırıq ki. Bazardan alırıq. İndi nə bilək ki, bankanın işərisində həşarat var, ya yoxdu? Sizdən başqa bunu hamı başa düşür. Belə hal olanda həmi bilir ki, bizim günahımız yoxdu”.
Məlumat üçün bildirək ki, Qış parkında fəaliyyət göstərən bir neçə kafe bağlandığı üçün sakinlər “Palıd”a üz tuturlar. Orada çay yalnız mürəbbə ilə verilir. Qiymətinə gəldikdə isə, yerindən asılı olaraq 8-15 manat təşkil edir.