Neçə illərdir ki, gömrük sistemi deyəndə hamının ağlına “Broker Əbülfəz Məlikov” gəlir.
Birinci ondan başlayaq ki, broker, hüquqi xidmət deməkdir. Yəni yüzlərlə, minlərlə iş adamı, biznesmen, sahibkar qanunları, gömrük qaydalarını əzbər bilə bilməz.
Deməli, iş adamlarının çoxu sadə dildə desək, sənədləşmə üçün broker kantoruna müraciət edir ki, sənədləri qaydaya salsınlar.
Yəni broker xidməti buna görədir, daha sadə desək hüquq kantorudur.
Amma bizdə broker xidmətini sövdələşmə üçün yaradıblar ki, rüşvəti alanda problem yaranmasın.
Hətta neçə il əvvəl DGK-nin vəzifəli şəxslərindən biri demişdi ki, “Trans Broker” olan yerdə biz gömrük işçiləri heç kimik…
İndi təsəvvür etdinizmi, Əbülfəz Məlikovun broker xidməti nə üçündür…?
Bəli, minlərlə qanuni və qanunsuz işçisi olan Əbülfəz Məlikov təkcə gömrük rüsumları yığmaqla deyil, həm də inhisarçılıqla məşğul idi.
Təsəvvür edirsiniz, Gürcüstandan Azərbaycana gətirilən hər qoyuna, hər danaya görə, Əbülfəz Məlikovun kantoru pul alırdı.
Yaxud Ukraynadan ölkəmizə gətirilən hər baş heyvana görə, Əbülfəz Məlikova konkret məbləğdə pul verilirdi.
Yəni bu adam az qala dövlətin içində dövlət idi.
Bu adamın keçmişi ilə bağlı mediada çox yazılıb.
Əbülfəz Məlikovun ermənilərlə şərikli biznesi, hətta qohum olması da yeni mövzu deyil.
Vaxtilə Əbülfəz Məlikov vağzalda siqaret satırmış. Sonra Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazasında işləyib. Bəli, həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş.
Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Sonra guya boşandı. Amma…
Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Hətta Rena Ovanesyan 2 oğul anasıdır.
Əbülfəz Məlikov hətta erməni qohumlarının şirkətlərinə məxsus məhsulları Bakıya gətirir.
Sözün qısası, Əbülfəz Məlikovun icazəsi olmadan heç bir sahibkar, biznesmen ölkəyə mal gətirə bilməz.
Hətta sahibkarlar ölkəyə gətirdiyi məhsulları Əbülfəz Məlikovun saxta şirkətlərinin adına rəsmiləşdirib, pulu Əbülfəzin özünə ödəyirlər. Yəni yüz milyonlar gömrük rüsumundan yayındırılır.
Bəli, bu gün həmin saxta şirkətlərin dövlətə yüz milyonlarla vergi borcu var. Amma bu haqda media çox dəhşətli yazılar dərc etmişdir.
Əbülfəzin brokerləri ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb.
Əbəs yerə deyil ki, Əbülfəz Məlikov brokerlərin hər birinə maaşdan əlavə 5 min manat “paket” verib.
Ümumiyyətlə, Əbülfəzin 3000 nəfərdən artıq broker ordusu olub.
İnvoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min dolların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.
Əbülfəz Məlikovun şəxsi biznesinin sərhədləri Avropaya, ərəb ölkələrinə qədər gedir.
Bir müddət əvvəl Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.
KİV-də gedən xəbərlərdən bəlli olur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur.
Məlumatda əlavə edilir ki, bu brend altında 8 restoran açıb.
Ümumiyyətlə, Əbülfəz Məlikovun bir müddət əvvəl Mərdəkan qəsəbəsində bütün bahalı torpaqları alması barədə mediada məlumat yayıldı.
Məlikovun həmin ərazidə qiyməti baha olan dəbdəbəli villalar və ticarət obyektləri inşa edib satdığı bildirilir.
Sözün qısası, Əbülfəz Məlikovun dövlətdən oğurladığı yüz milyonların geri qaytarılması və layiq olduğu cəzanı çəkməsinin zamanı çoxdan yetişib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik-baku.com