Cəmiyyət

Əhəd Abıyev mal-qaranın Daşkəsənə girişinə qadağa qoydu – XÜSUSİ ŞƏRTLƏR

“Bəzi icarədar işbazlar qonşu rayondan olan fermerlərə pul qarşılığında Daşkəsən rayonunda olan yaylaqlarda iri və xırdabuynuzlu heyvanların saxlanılmasına icazə verir. Bu qanunsuzluğun qarşısı alınmalıdır. Çünki həmin sürülər sakinlərə məxsus olan əkin sahələrinə, pay torpaqlara ziyan vurur həmçinin hüquqi və fiziki şəxslər arasında münaqişələrə və söz-söhbətə səbəb olur. Bu hallara son verilməlidir”.

Bu açıqlamanı Daşkəsən rayonu ərazisində 2022-ci il yaylaq mövsümünə dair keçirilən müşavirədə rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev verib.

O, dövlət mülkiyyətinin işbazlar tərəfindən səmərəsiz şəkildə istifadə edilməsini tənqid edərək yeni Sərəncam haqqında danışıb. Artıq heyvanlar üçün də sənədlər tələb olunacaq:

“2022-ci ilin yayından etibarən davarların yaylaqlara getməsi üçün həmin yollarda nəzarət məntəqələri yaradılacaq. Həmin məntəqələr otlaqların mühafizəsi, qanunsuzluğun qarşısının alınması üçün effektiv olacaq. Yaylağa giriş üçün heyvanların xəstəliklərləri barəsində olan sənədlər tələb olunacaq əks halda baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına icazə verilməyəcək”.

Həmçinin icra başçısı nəzarət məntəqələrində xidmət göstərəcək mütəxəssislərə bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərin təsərrüfatlardakı heyvanların sayı barədə müvafiq siyahılar təqdim olunduğunu da bildirib:

“Yaranan istənilən mübahisəli, problemli məqamlarda mütəxəssislərlə əlaqə yaradılmalıdır. Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı təqdim etdikdən sonra sürülərinin yaylaqlara buraxılmasına icazə verilə bilər”.Bizim.Media

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir