Cəmiyyət

Taley Allahverdiyev və Pənah Kərimovun şübhə dolu DƏBDƏBƏSİ… – İDDİA

“Sahil S İnşaat” MTK tərəfindən Suraxanı rayonu, Yeni Günəşli A B massivində inşa olunan 15 mərtəbəli yaşayış binası ilə bağlı problem haqda mətbuatda dəfələrlə yazılıb. Burada bir mənzil bir deyil, bir neçə şəxsə satılıb.

Özü də maliyyə arayışı ilə. Onların içində şəhid ailəsi və Vətən Müharibəsi iştirakçıları da var. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq öyrəndik ki, bina istifadəyə yararlı deyil, istinad divarı tikiləmdiyi üçün hər an sürüşə bilər. İndi adıçəkilən şirkətin fırıldaqçılığının qurbanına çevrilən sakinlər nə mənzilləri, nə də verdikləri pulu geri ala bilirlər. İt də gedib, ip də. Binada da tikinti işləri fasilələrlə aparılır. Heç tikinti işlərini həyata keçirən podratçı şirkətin rəhbəri də binanın nə vaxt təhvil veriləcəyini bilmir.

Məsələ ilə bağlı əvvəlcə vətəndaşlara qarşı fırıldaqçılıq etməkdə təqsirləndirilən “Sahil S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taleh Şamil oğlu, onun şəriki kimi tanınan Kənan MMC-nin rəhbəri Pənah Kərimov və sakinlərə məlum mənzilləri almaqda “yol göstərərək” vasitəçilik edən Elçin adlı şəxs barədə cinayət işi qaldırılıb, istintaq gedir. haqqı pozulan sakinlər dəfələrlə Prezident Adminstrasiyasına gedib, Baş Prokurorluğa müraciət edib, onlarla məktublar ünvanlayıb. Amma çi fayda?! Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, həmçinin “mafioz makler” dəstəsi heç bir məsuliyyət daşımadan, sanki belə də olmalıymış kimi, azad-arxayın gəzirlər.

200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanıblar və özlərinə dəbdəbəli həyat qurublar. Cumhuriyyet.az T.Allahverdiyev və P.Kərimovun dəyəri yüz minlərlə ölçülən evlərinin fotolarını əldə edib. Onu da bildirək ki, Pənah Kərimov villasının sabiq baş prokuror Zakir Qaralova məxsus olduğunu iddia etməklə onunla yaxınlığını tez-tez dilə gətirir. //cumhuriyyet.az//



Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir