Yaxın vaxtlarda daha bir neçə Bakıətrafı qəsəbə və kəndin sakini şəhər mərkəzinə elektrik qatarlarla hərəkət edəbiləcəklər.
Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu işlər çərçivəsində Novxanı sərnişin stansiyası tikilir. Artıq işlər yekunlaşmaq üzrədir. Bakı dairəvi dəmir yolu xəttində aparılan işlərlə yaxından tanış olaq.
Piyada keçidi tikilir. Dayanacaqlar inşa edilir.
Sərnişinlərin əyləşməsi və dayanması üçün böyük platforma salınır. Görüntülər Bakı dairəvi dəmir yolunun tikintisi çərçivəsində inşa olunan novxanı sərnişin stansiyasındadır.
Azərbaycan Dəmir Yolları QSC-nin infrastruktur departamentinin rəisi Füzuli Quliyevin sözlərinə görə, müasir standartlar əsasında qurulan stansiya yeni görünüşdə qəsəbə və kənd sakinlərinin istifadəsinə veriləcək.
Stansiyada həmçinin piyada keçidi də inşa edilir.
Füzuli Quliyev Bakı Dairəvi dəmiryolu stansiyası çərçivəsində aparılan işlər barədə də məlumat verib.
Onun sözlərinə görə, Bakı-Zabrat-Pirşağı-Sumqayıt dəmiryolu xəttinin ümumi uzunluğu 49 km-dir. 2 xətli dərmiryolunda xətlərin təmir işləri tam yekunlaşıb.
Füzuli Quliyev deyir ki, Bakı dairəvi dəmir yolunda işlərin bu ilin sonuna qədər yekunllaşdırılması planlaşdırılır.