Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanov və İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə «ölü canlar» saxlayırlar. Hurriyyet.az adları universitetdə işdə olan, əslində isə işə gəlməyən bu adamların siyahısını əldə edib. Bunlar aşağıdakılardı:
Kəlbəcər rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi Əhmədov Əhməd Tufan oğlu, “Kapitalbank”ın müdiri Paşayev Vüqar Yavər oğlu, Ağdam rayon kollecinin müdiri və oğlu Cavadov Natiq Əli oğlu, Cavadzadə Xəyyam Natiq oğlu, Gəncə alüminium zavodunun direktoru Səfərov Cəmil İldır oğlu, həkim Qapaqov Vüqar Faiq oğlu və s.
Məlumata əsasən, bu adamlar son 5-ildə bir dəfə də olsun universitetə işə gəlmədikləri halda maaş alırlar.
Hətta adları yuxarıda qeyd olunan bu adamlar (müəllim kimi işləyənlər) tədris jurnallarını belə özləri yazmayıblar, jurnallar digər müəllimlər tərəfindən doldurulub. Hətta belə demək olar ki, Tədris şöbəsinin müdiri, rektorun “qara qutusu” tədris jurnallarının vərəqlərini dəyişməkdə master-klas Babək Həsənov tədrisdəki bu özbaşnalıqları ört-basdır etmək üçün bu vəzifəyə gətirilib.
Rektorun qaynı oğlu Mirzəzadə Bəylər Şahin oğlu Təhsil Nazirliyinin razılığı olmadan cəmi 3 min tələbəsi olan bir universitet üçün qanunsuz yaradılmış «aparata» rəhbər təyin edilmişdir.
O da maraqlıdır ki, aylıq maaşı 4000 manat olan Eyvazov Aqil Aftandil oğlu Texnologiya Universitetində müşavir (1 şt.vahidi), olmaqla, hətta müəllim (0,5 şt.vahidi) işləyir. Üstəlik, o, həm də İqtisad İniversitetində (0,5 şt. vahidi) işləyir. Bütövlükdə 2 şt.vahidi olur, bu da qanun pozuntusudur.
İnsan resursları şöbəsinin işçiləri olan Məlikova Nəvalə və Zülfüqarova Pərvanə işə 12-də gəlib, istədiklər vaxt da gedirlər. Buna baxmayaraq İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Həsənzadə Asif Rüstəm oğlu və müşavir (sünbül ağa ləqəbli) Nazim Kərimov kafedra və dekanlıqları gəzərək, işə qismən gecikənlərdən izahat tələb edir, cüzi əməkhaqqı alan işçilərə hədə-qorxu gəlirlər.
Adları yuxarıda qeyd olunan «ölü canlardan» isə ümumiyyətlə işə gəlmədikləri halda heç bir izahat tələb edilməməsinə və nəticə olaraq külli miqdarda korrupsiyaya yol verilməsinə nə ad vermək olar?
Texnologiya Universitetinin Ümumi işlər üzrə prorektoru Bağırov Rauf Nəriman oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər üzrə əməkdaşı olaraq, həmçinin universitetin ümumi işlər üzrə prorektoru vəzifəsini layiqincə yerinə yetirə bilmir. Sual yaranır niyə?
Açıqlama gətirək ki, Texnologiya Universitetinin rektoru bir ildən artıqdır “İNSULT” xəstəliyindən əziyyət çəkir, universitetə bir neçə şəxsin köməkliyi ilə gəlib-gedir, hətta onun işə gəlib-getmə anları da bir neçə dəfə ictimailəşsə də dövlət qurumları susur, adıçəkilən rektor Akif Süleymanov isə işə “qucaqda” gələməyə davam edir.
Redaksiydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.