Cəmiyyət

Bəlkə buralara bir əl gəzdirəsiniz… – İTTİHAM VAR!

 

3 ildir Azərbaycan Texniki Universitetininn rektoru olan Vilayət Məmməd oğlu Vəliyev barəsində yazmaq istərkən, onun avtobioqrafiyasına nəzər salmalı olduq.
BDU-nu bitirəndən sonra, yəni 1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alır;
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) – “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alır;
Sonra 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib…
90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Mülki Aviasiya Universitetində YARIMŞTAT professor vəzifəsində çalışıb…Və…
Bəli, təsəvvür edirsiniz YARIMŞTAT professor birdən necə REKTOR olur…
Və rektor olan kimi başladı o boyda Texniki Universitetdə kadro islahatı aparmağa, yəni qohum-əqrəbasını, dost-tanışlarını universitetə doldurmağa….
Bu barədə çox yazdığımız üşün təkrarçılıq etmək istəmirik. Amma…
Əmması odur ki, dəfələrlə deputatlar Milli Məclisin tribunasından bildiriblər ki, bəzi yüksəkçinli məmurlar vəzifəyə təyin olunan kimi, həmin qurumu özəl şirkət kimi işlədirlər.
Bəli, işdən çıxarılan şəxslər hara şikayət edirlərsə, cavab belə olur:
Get, hara istəyirsən şikayət elə…
Bax, bu dövlətçilik üçün ciddi məsələdir…
Kim necə istəyir başa düşsün…
Amma Gündəlik-Bakı olaraq neçə illərdir ki, məhz buna görə yazırıq ki, vətəndaşın dövlətə inamını sarsıtmaq olmaz…
Ulu Öndər deyirdi ki, dövlətə inam nə vaxt SARSILIR…
Bəli, zəifləyir-filan yox, məhz SARSILIR…
Təsəvvür edirsiniz, son bir neçə ildə Azərbaycan Texniki Universitetinin müəllim-professor heyəti haralara yazmır, lap Prezident Administrasiyasına…
Bu təhsil ocağından çıxarılan müəllimlər tərəfindən göndərilən şikayət məktublarının, mətbuatda dərc olunan məqalələrin sayı-hesabı yoxdur…
Bu universitetdə islahat deyiləndə, ancaq dekanların, kafedra müdirlərinin yeniləri ilə əvəzlənməsi, işdən çıxarılan müəllimlərin dəyişilməsi, yəni Əli ilə Vəlinin yerinin dəyişdirilməsi başa düşülür.
Azərbaycan Texniki Universitetin tabeçiliyində olan iki kollecdən də ciddi narazılıq var. Himayəçilik bu kollec rəhbərlərini bütün özbaşınalıqlara sövq edir.
Təsəvvür edirsiniz, Gündəlik-Bakının adından rektorluğa zəng edib kollecdə baş verən qanunsuzluqla bağlı soruşuruq…
Cavab nə olsa, yaxşıdır…?
Kollecin direktoru bizi də eşitmir….
Adam, bu sənin tabeçiliyində olan kollecdir, necə yəni səni eşitmir..?
Sözün qısası, ATU-da kimin əlinin kimin cibindən çıxdığı bilinmir…
Rektor Vilayət Vəliyev rektor olduğu dövrdə bu təhsil müəssisəsində 4 tədris hissə müdiri dəyişib. Bu kadr dəyişkənliyi isə söz-söhbətlərə, dava-dalaşa səbəb olub, narazılıqlarla müşayət edilib. Həmçinin AzTU rektorunun şəxsi təşəbbüsünə əsaslanan kadr islahatları universitetin 8 savadlı dekanının 7-sinin dəyişməsi ilə tamamlanıb. Dekan müavinləri, kafedra müdirləri rektor Vilayət Vəliyevə ən yaxın şəxslərlə əvəzlənib.
Məsələn, rektorun qohumu Nizami Poladov Metallurgiya fakultəsinin dekanı vəzifəsinə gətirilib. Bu proseslər də kütləvi narazılıqlarla müşayət olunub. Bununla da qohumbazlıq, yerlibazlıq, tanışlıq kimi ənənədən qaynaqlanan pis vərdişlər universitetdə bərqərar olub.
Nümunə üçün deyək ki, Vilayət Vəliyev lazımsız yerdən, Texniki Universitet üçün heç bir əhəmiyyət kəsb etməyən hüquq departamenti yaradıb, ora bakalavr təhsilli şəxsi şöbə müdiri təyin etməklə əlavə 4 şəxsi də işə götürüb.
Hələ bu harasıdır ?
Rektor Vilayət Vəliyev özünə 5 müşavir, 2 köməkçi və katibə götürüb.
Vallahi, 1 MİLYARD 500 MİLYON əhalisi olan Çin prezidentinin 5 müşaviri yoxdur.
Sadəcə, ayıbdır, bunlar hamısı dövlət vəsaitinin talanması deməkdir.
Təsəvvür edirsiniz ADI TEXNİKİ universitet olan ali təhsil ocağında TEXNİKİ elmlər üzrə mütəxəsis olmayan prorektorlar çalışır:
1.Elm və İnovasiya üzrə prorektor Çətin Elmas(onun 5000 məvacib aldığı söylənilir)
2.Sosial Məsələlər və İctimayyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov, iqtisad üzrə fəlsəfə doktoru
3.Maliyyə-Təsərrüfat İşləri üzrə prorektor Rəşad Kazımov, iqtisad üzrə fəlsəfə doktoru
4.Rəqəmsallaşma və Layihələr üzrə prorektor Rəşad Əliyev, iqtisad üzrə fəlsəfə doktoru
İndi özünüz nəticə çıxardın Texniki Universitetin rəhbərliyi hamısı qeyri-ixtisas sahibləridir.
Əlavə şərhə ehtiyac varmı..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //giundelik-baku.coom//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir