Cəmiyyət

Zaur Mikayılovu Əhmədzadəyə çevirən SUVARMA BOSSSLARI… – Biri də İsmayıllıdadır…

Son bir neçə aydır ki, İsmayıllı rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Fazil Həsənov həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən ölkə gündəmini zəbt etməkdədir. Bəlkə də kimlərsə adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi detallarına lazımınca diqqət yetirmir, müəyyən incəliklərə əhəmiyyət vermir. Amma, onu unutmaq olmaz ki, uzun illər ərzində bugünkü vəzifəsini daşıdığından o, su təsərrüfatı sahəsinin “hər cikini, bikini” mükəmməl bilir, hətta “daşdan pul çıxarmağı” da bacarır.

Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul alınır. Baxmayaraq ki, dövlət tərəfindən bu qiymətin məbləği 2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Faciə odur ki, ayrı-ayrı sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən kecən ilin isti yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi ziyan dəyib.

Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsinin görün nə qədər vaxt kecib. İsmayıllı rayon Suvarma Sistemləri İdarəsində isə kadr dəyişiklikliyi “yaddan cıxıb”. Məlumatlı oxucu nə dediyimizi gözəl başa düşür. Yəni bu sahədə haqqında deyilməyən, yazılmayan qanynsuzluqların sərhəd tanımadıgı Fazil Həsənov yenə də İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin “xozeyinidir”. Bunu biz demirik, bütün İsmayıllı əhli söyləyir.

Məlum olduğu kimi İsmayıllı rayonunun iqtisadiyyatının əsasını bağçılıq və əkinçilik təşkil etdiyindən, həm də daglıq zonada yerləşdiyindən suvarma suyuna tələbat çox böyükdür. İsmayıllıda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daim səfərbər vəziyyətdə olmalıdır. O da məlumdur ki, İsmayıllı rayonu sel sularından, daşqınlarından ən çox əziyyət çəkən rayonlardan biridir. Burada yaz-yay aylarında dağlarda qarın əriməsindən sonra gələn sel sularının infrastruktura xeyli ziyan vurur. Amma onu da unutmamalıyıq ki,məhz sel sularının törətdiyi fəsadların qarşısının alınması, sahilbərkitmə işləri üçün dövlət hər il buraya külli miqdarda vəsait ayırır. Bəs çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işləri necə aparılır.

Son dövr ərzində İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin dövlət satınalmaları yolu ilə suvarma kanallarını lildən təmizlənməzi, daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi işlərinə ayrılan vəsaitlər ətrafında araşdırma aparmışdır. Sözügedən satınalma prosedurlarını növbəti yazımızda oxuculara təqdim edəcəyik.

QAYNAR.MEDİA-nın ellrktron poctuna maraqlı məlumat daxil olub. Məlumatda adının cəkilməsini istəməyən şəxs qeyd edir ki, vaxtı ilə bu idarədə işləyib və rəis Fazil Həsənovun qanunsuz əməllərinə etiraz etdiyi üçün daim təzyiq və şantajla üzləşib:

“Nəhayətdə mən həmin idarədən getdim.Ancaq uzun illərdir ki, idarənin fəaliyyəti ilə, şəxsən rəis Fazil Həsənovun fəaliyyəti ilə maraqlanıram. Bu adam idarəni şəxsi təsərrüfatı kimi istifadə edir. Dövlət tərəfindən bu müəssisəyə il boyu milyonlarla maliyyə vəsaitləri ayrılır. O, müxtəlif yollarla bu vəsaiti ogurlayır. Fazil Həsənov peşəkar saxtakarlıq nümünəsi ilə bütün respublika suvarma sistemləri idarələrinə örnək ola bilər.
İsmayıllı ərazisində bütün çaylarda bənd bərkitmə işlərində müdhış saxtakarlığa yol verilib və bu gün də davam edir. Görülən işlərin keyfiyyəti aşağı, ancaq yazılaraq mənimsənilən maliyyə vəsaitləri daha çoxdur. Talıstan və sair yerlərdə yalandan tikilən nasosların heç biri işlək vəziyyətdə deyil. Ümumiyyətlə, suvarma üçün nəzərdə tutulan xətlərin hamısı zaman-zaman sökülərək satılıb.
İdarəyə texnika üçün ayrılan ehtiyat hissələri, sürtgü materialları ayrı-ayrı “zapçast” mağazalarında satılır. Ucar rayonundan, bazadan hər ay idarəyə dövlət tərəfindən ayrılan yanacağın böyük hissəsi satılır və nağdlaşdırma yolu ilə mənimsənilir. İdarəyə dövlət tərəfindən verilmiş texnikaların satıldığı, köhnələrin təzə kimi sənədləşdirildiyi də ciddi şübhələr doğurur. Fazil Həsənov bu əməliyyatı tək deyil, baş idarədəki hamilərinin köməkliyi ilə həyata keçirir.
İdarənin bütün texnikaları ayrı-ayrı yerlərdə aylıq arendaya verilir. Axşamlar idarənin qarajında bir dənə də olsun texnikaya rast gəlmək mümkün deyil.
Rayon ərazisində görüləcək işlər üçün ayrılan sement və sair tikinti materialları, dəmir konstruksiyalar rəis Fazil Həsənovun yaxın qohumu olan şəxsin tikinti materiallarının satışı mərkəzində satılır. Fazil Həsənov uzun illər ərzində bu sektordan əldə etdiyi vəsaitləri İsmayıllıda deyil, Bakı şəhərində daşınmaz əmlak ilə əvəzləyib. Oğluna heç bir təhsil almadan universitetin diplomunu alıb və hazırda İsmayıllı rayon polis idarəsində işləyir.
Əgər dövlət qurumları uzun illər ərzində bu idarəyə ayrılan maliyyə vəsaitlərinin yoxlamasını həyata keçirsələr onda nələrin ortaya çıxacağının şahidi olacaqlar. Xeyli sayda texnikalar silinərək satılıb. Ümumiyyətlə, saxta statistika sahəsində bu idarə və Fazil Həsənov ölkəmizdə ulduz sayılacaq qədər məşhur və peşəkardır. Ətrafında yalnız özünə sadiq adamları saxlamaqla yanaşı idarəsinin sirrinin qorunması üçün cani-dildən çalışırlar.”
Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Fazil Həsənova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla İsmayıllı rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir. //qaynar.media//

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir