Cəmiyyət

Paytaxtın bu poliklinikası narkomanların YUVASINA çevrilib: ŞOK GÖRÜNTÜLƏR

Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası narkomanların əlverişli yuvasına çevrilib.

Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri ciddi narahat etməyə başlayıb.

Bizim.media.az-ın əməkdaşı sakinlərin şikayəti əsasında həmin ərazidə olub. Məlum olub ki, uzun müddətdir fəaliyyətsiz qalan poliklinikanın içərisinə çoxsaylı şprislər atılıb.

Sakinlərin dediklərinə görə gecələr bu poliklinikaya narkotik maddə istifadəçiləri toplaşır və onların əlindən küçəyə çıxa bilmirlər.

Tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır və heç də yaxşı olmayan işlərlə məşğul olurlar.

“Boş qalan yerə təbii ki, girən olacaq. Nəvələrimizi, uşaqlarımızı sərbəst küçəyə buraxmırıq. Gecə olan kimi təhlükə daha da artır. İstəyirik ki, poliklinika fəaliyyət göstərsin və narkomaniya təhlükəsi aradan qalxsın. Dəfələrlə poliklinikaya toplaşan 10-11-ci sinif şagirdlərini oradan çıxarmışıq. Müəmmalıdır ki, onlar orada nə iş görürlər? Hər halda uşaqlarımız üçün yaxşı nümunə deyil. Çox qorxuruq”, – deyə narazı sakinlər qeyd edib.

Qeyd edək ki, 27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb.

Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir