Rusiyada, Tatarıstanın Kazan şəhərində “Tandem” ticarət mərkəzi təxliyə edilib.
Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, buna səbəb yanğın siqnalizasiyasının işə düşməsi olub.
Binadan ümumilikdə 500 nəfər çıxarılıb. Ticarət mərkəzində yoxlamalar keçirildikdən sonra siqnalizasiyanın yanlışlıqla işə düşdüyü məlum olub.
Hazırda insidentlə bağlı araşdırma aparılır.