ABŞ Rusiya ilə imzaladığı orta və qısa mənzilli raketlərin ləğvi (DRSMD) müqaviləsindən rəsmən çıxacağı tarixi açıqlayıb.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqotnda “Gənc Amerika” mühafizəkar fondunun tələbə konfransında çıxışı zamanı bildirib ki, hökumət müqaviləni avqustun 2-də tərk edəcək.
“DRSMD-yə rəsmi olaraq cümə günü (2 avqust) ABŞ razılıqdan çıxdığı an xitam veriləcək”, -deyə Bolton təsdiqləyib.
O, bir daha Rusiyanı müqaviləni pozmaqda ittiham edib: “ABŞ uzun müddət müqaviləni qorudu, Rusiya isə müqavilə şərtlərini pozaraq silahlarını modernləşdirmək üçün müasir ballistik və hipersonik sistemlər hazırlamağa davam etdi”.
Prezidentin müşaviri sövdələşmə ilə bağlı başqa bir problemdən də söz açıb: “Bu müqavilə əllərimizi bağladı. Çin orta mənzilli silahlarını inkişaf etdirəndə də heç bir müqavilə öhdəliyi onu fikrindən döndərmədi. 21-ci əsrdə Amerikanı effektiv şəkildə müdafiə etmək üçün, milli təhlükəsizliyimizin mənafeyinə görə əllərimizi açmağa qərar verdik”.
Bolton, həmçinin strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması ilə bağlı Rusiya-ABŞ Müqaviləsinin uzadılmasının mümkünsüz olduğunu, ancaq Vaşinqton rəhbərliyinin bu mövzuda hələ bir qərar vermədiyini də sözlərinə əlavə edib.(qafqazinfo)