Murtuzali Atayev adlı “facebook” istifadəçisi öz hesabında belə bir status paylaşıb. Sözügedən statusundan görünür ki, Muxaxda çay hövzələri və ətraf mühit san ki, zibil poliqonuna çevrilib.
Sözü gedə statusu sizə təqdim edirik:
“Muxax kəndi günü gündən gözəlləşir, inkişaf edir. Bir vaxtlar Muxax çaylağında artezianda su olmayanda çayın sahilində quyular qazardılar duru bulaq suyu süzülüb dolardı gölməçələrin içinə.Qız gəlinlərimiz də bu ayna kimi duru suyu səhənglərə doldurub daşıyardı evlərimizə. Qocalar isə işdən yorğun gələndə çay sahilində dəstamaz alıb namazını qılar, biraz dincəlib yorğunluğunu çıxarardılar.
İndi isə bu çayın sahilində su içməyə buraxılan mal qaranın zəhərlənib ölməsi faktları da mövcuddur. O vaxtlar bir kolxoz sədrinin nəzarəti bəs edirdi ki, hər iş qaydasında olsun.Hər səhər ala torandan piyada hər yeri nəzarət edərək gəzərdi kolxoz sədri.İndi isə elə bil Muxaxda elə bil heç dövlət orqanları yoxdur, fəaliyyət göstərmir. Bəlkə digər aidiyyatlı orqanlar bu çay hövzələrinə bir əncam çəkə.. Vallah baxanda adam utanır. Kəndin başından Qax yoluna qədər çaylaxlar zibil içində boğulur… Bəlkə buna bir əncam çəkən tapıla.Çaylaxların bu vəziyyətdə olması Muxağın adına çox utanclıq gətirir.”
P.S. 7 saylı Regional Ekologiya İdarəsinin işçiləri hara baxır. Görünür onlar öz işlərini başında deyillər. Tək bura yox, respublikamızın digər çay və meşələri də bu vəziyyətdədir. Yəni, san ki, zibil paliqonluğun xatırladır.
Qarşı tərəfi dinləməyə hazırıq.
azerinfo.az