Siyasət

Avqustda hava necə olacaq?

Yayın sonuncu ayında havanın necə keçəcəyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir.

Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-27: gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27: gecələr 18-23, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 13-18, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyə yüksələcəyi), aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (32-55 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti: gecələr 20-25, gündüzlər 30-35, bəzi günlərdə 38 dərəcəyə yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 21-24: gecələr 17-22, gündüzlər 27-32, bəzi günlərdə 35-37 dərəcə isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı olacağı (norma 13-116 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26: gecələr 22-27, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti olacağı ehtimal olunur.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 22-25: gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə yüksələcəyi, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) ehtimal olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir