Cəmiyyət

Məişət texnikası alanlara da ƏDV geri qaytarıla bilər

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məişət texnikası satışı ilə məşğul olan vergi ödəyiciləri ilə onlayn formatda görüş keçirib.

Zirveyolu.info quruma istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, qanunvericiliklə əlaqədar məsələlər, nağdsız alış-veriş zamanı vergi ödəyicilərininin və alıcıların qarşılaşdıqları məqamlar, ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflər səsləndirilib.

Məişət texnikası satışı üzrə vergi öhdəlikləri ətrafında müzakirələr aparılıb. Görüşdə sahibkarların təklifləri qeydə alınıb, onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir