Dünən DİA.AZ olaraq Texnologiya Universitetində baş verən olaylaylarla bağlı ilginc iddiaların yer aldığı materialı paylaşmışdıq:
Akif Süleymanovun MÜŞAVİR OYUNU… – “Siz rektor olmasanız, görən kollektiv nə itirər?”
Bu gün isə həmin materialın davamını təqdim edirik: “Bütün baş verən məlum hadisələrə baxmayaraq rektor yenədə vərdiş etdiyi əyri yolla getməkdə davam edir. Bu ilin fevral ayında Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərovun universitetə tədris işləri üzrə prorektor təyin olunması A.Süleymanovun özbaşnalıqlarının çərçivəyə salınması baxımından müsbət haldır,amma Y.Ömərov bilməlidir ki, çox təhlükəli bir adama prorektorluq edir. Artıq o, A.Suleymsnovun 9 illik « idarəçiliyi» müddətində 4- cü prorektordur ( rektor «üçünün başını artıq yeyib» ). Bu gün əsas vəzifələrdə, rektorun adamlarıdır və aydındır ki,A.Süleymanov adətkar olduğu üçün həmin adamların vasitəsilə yenədə rüşvət almağa davam edir. O, öz adamlarını yaxşıca təlimatlandırıb, bildirib ki, rüşvət alarkən maksimum ehtiyatlı olsunlar,amma işlər dolaşan kimi bildirəcək ki,təhsilə baxan prorektor var,yaxşı nəzarət edəydi, mən xəstə adamam,ona arxayın olmusam. Baxın bu günlərdə 3 fakültədə dekan seçkiləri keçirildi və hər 3 fakültədə alternativ namizəd olmadı. Çox maraqlıdır,yəni hər 3 fakültədə ikinci bir şəxs tapılmadı ki, dekan olmaq arzusunda olsun? Əlbətdə ki var, ancaq pul verən hər fakültədə bir nəfər olub. Gəlin görək bu fakültələrdə dekan vəzifələrini rektorun dəstəyi ilə tutan kimlərdir. »Avtomatika, telekommunikasiya və informatika» fakültəsinə, vaxtilə kömrük orqanlarından rüşvətə görə qovulmuş Rövşən Hacıyev, «İqtisadiyyat və idarəetmə» fakültəsinə 73 yaşlı (fakültədə kifayət qədər cavan dosentlər olduğu halda) yeriməkdə belə çətinlik cəkən, rüşvətxorluğa görə 2015- ci ildə tutduğu dekan vəzifəsindən A.Süleymanovun rektor işlədiyi dövrdə qovulmuş Xalidə Abbasova, «Qida mühəndisliyi» fakültəsinə isə Gəncə şərab təcrübə stansiyasından tutduğu rəhbər vəzifədən rüşvətxorluğa ğorə qovulmuş Mehman Hüseynovdur. Baxın, rektorun dekan təyin etdiyi hər üç şəxsin keçmişi rüşvətlə bağlıdır. Bu qədər təsadüf ola bilməz axı. Sizcə, dekan olmaq üçün 15-20 min manat pulundan keçən bu adamlar dekan olduqdan sonra təmiz işləyə bilərlərmi? Dekan kürsüsündə əyləşdirilmiş bu adamlar, fakültəyə yem kimi baxırlar. Deməli universitetdə rüşvət və korrupsiyanın bərqərar olmasına səbəb elə rektorun özüdür, deməli universitetdə rektordan çox qanunlarımız pozan yoxdur, amma universitetin idarə olunması ona tapşırılıb.
Paradoks deyilmi? Sizcə «Qida mühəndisliyi» fakültəsində bir nəfər dosent tapılmadı ki, dekan olmaq arzusunda olsun? Baxın rektor «məcbur» olub kənardan, ADAU- dan Mehman Hüseynovu fakültəyə dekan olmaq üçün dəvət edib . Əvvəla təhsil qanununda birmənalı olaraq göstərilib ki, dekan fakültədə 5-il müəllim kimi fəaliyyət göstərmiş, təcrübəli, fakültə əməkdaşları arasında nüfuzu olan müəllimlərdən olmalıdır. Rektorun tapdığı Mehman isə texnologiya universitetində cəmi bir ildir ki, əvəzçiliklə 0,5 şt. müəllim işləyib, yəni onun əsas iş yeri ADAU -dir.Necə olabilər ki, «Qida mühəndisliyi fakültəsində» fəaliyyət göstərən kafedraların müəllimləri uzun müddət bir yerdə çalışdıqları müəllim yoldaşlarının namizədliyini yox, yaxşı tanımadıqları, hansısa başqa bir universitetin əməkdaşına yekdilliklə səs verdilər. Gülməli deyilmi? Sual oluna bilər rektor niyə bu qanunsuzluğa gedir,bəlkə onun mövcud qanunlardan xəbəri yoxdur?, əlbətdə ki var. Bəs səbəb nədir? Ancaq bir səbəb var, o da A.Süleymanovun rüşvətxorluğu. Belə ki, rektor fakültə dekanlığı vəzifəsini aoksiona qoymuşdur, yəni kim pul verərsə(həm də çox) o, da dekan olacaq, bu birmənalı belədir,çünki o, 9 illik idarəçiliyi dövründə bunu sübut edib.Rüşvət olan yerdə rektor A.Süleymanov üçün heç bir çərçivə, qanun- qayda yoxdur,ona rüşvət ver nə istəyirsən et. A.Süleymanovun idarəçiliyi dövründə bir dəfədə olsun ədalətli seçki keçirilməyib.
Bu ilin yanvar ayında universitetdə qış imtahan sessiyası keçirildi, o cümlədən qiyabi şöbədə. Görün imtahanların obyektiv getməsi kimlərə etibar edildi. Qiyabi təhsil alan tələbələrin imtahan sessiyasına «Distant və qiyabi təhsil mərkəzinin» yeni direktoru ( «direktor» -ali məktəbdə təsadüf edilməyən vəzifə) Quliyev Sədir «nəzarət» edir. Yuxarıda adı qeyd olunan mərkəz dekanlıq statusunda olan bir qurumdur və həmin quruma rəhbərlik edən şəxsin elmi dərəcəsi olmalıdır. Vaxtilə A.Süleymanov həmin şöbəni gəlir mənbəyi kimi yaratmışdı. Etibar etdiyi Babək Həsənovu rəhbər təyin etmək üçün məcbur olub şöbəyə direktorluq (Babəkin elmi dərəcəsi olmadığı üçün) statusu verdi. Rektorun yeni islahatlarından biri də odur ki, saxtakarlıq edib tədris jurnallarının vərəqlərini dəyişdirdiyinə görə Babək Həsənovu direktor vəzifəsindən azad edərək daha yüksək vəzifəyə, tədris şöbəsinə müdir təyin etdi. Unveristetdə «dosent tapılmadığı üçün» məcbur olaraq «Qiyabi və distant təhsil mərkəzinə assistent Quliyev Sədiri (Babəkin qrup yoldaşı və dostu) direktor təyin etdi. «Yüngül sənaye mühəndisliyi və logistika» fakültəsində dekan müavini işləyəndə rüşvət almaqda yüksək bacarıq nümayiş etdirmiş Quliyev Sədir əyri işlərin ustasıdır desək səhv etmərik. Yaxşı olardı ki, rektor şöbənin adını «Distant və qiyabi təhsil mərkəzi» yox, «Distant və qiyabi təhsil üzrə kolxoz» adlandırardı. Sədir adlı adamında kolxoza rəhbər qoyulması tamamilə yerinə düşərdi. S.Quliyev dekan müavini işləyəndə fakültədə torətmədiyi qanun pozuntuları qalmadı. Xülasə bu ilin yanvar ayında universitetdə qış imtahan sessiyası universitetdə tədris jurnallarının vərəqlərini dəyişməkdə master-klas olan Babək və Sədirin nəzarəti altında keçirilib. Dekan Nazim Vəliyev fakültədə bütun qara işlərin hamısını Sədirin ixtiyarına buraxmışdır ki özü məsuliyyətdən uzaq olsun. Rektor A.Süleymanov 80 yaşlı ( heç bir ali məktəbdə bu yaşda dekan yoxdur) N.Vəliyevi fakültəyə dekan yox, qarovulçu (yığılan pulların dağılmasının qarşısını almaqda) təyin etmişdir desək daha düzgün səslənər. Mürəkkəb xarakterə malik olan N.Vəliyev bütün dövrlərdə «qabiliyyəti sayəsində» rektorları ofsunlaya bilmişdir. Bu adam rəhbərləri ələ almaqda əsil ustalıq nümayiş etdirir desək səhv etmərik. Beləki o, gedənin arxasınca danışır, yeni gələn rektoru özünə məxsus peşəkarlıqla tərifləyir,onun qılığına girir, ofsunlayır və olur rektorun adamı. Bu üsulla o, bütün rektorların dövründə vəzifəsini 30 ildir ki, qoruyub saxlayıb. Baxın rektor, digər fakültələrin dekanlarını tələm-tələsik dəyişdi, amma daha çox qanun pozuntuları edən N.Vəliyevə toxunmadı, çünki o, hələki, « yüksək sadiqlik və peşəkarlıq nümayiş etdirir» . Haçansa, A. Süleymanovdan sonraki rektorun yanında N. Vəliyevi görsəniz təəccüblənməyin.
Digər sahələrdə də vəziyyət biyabırçı haldadır. Seçki müddəti qurtarmış müəllimlər növbəti 5- ilə elanla müəllim seçilmək üçün mütləq Mətanət Əhmədovaya rüşvət verməlidirlər, əks halda növbəti 5- il üçün elan verilməyəcək və müəllim əmrlə işləməyə məcbur olacaq. A.Suleymanovun idarəçiliyi müddətində 3 nəfər baş mühasib buxalteriyani tərk edərək işdən çıxıblar, çünki, rektorun təhlükəli oyunlarını qəbul etməyiblər. Rəhbərlik çıxış yolunu İradə adlı, savadsız, buxalteriya işlərini dərindən bilməyən birisinə həvalə edərək, bütün qanunsuz sənədlərə imza qoydururlar. Yəni gələcəkdə universitetə kiçik bir maliyyə yoxlaması gələrsə, çox böyük maliyyə pozuntularının olması aşkarlanacaq”.
Davamı var…
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…