Cəmiyyət

Bələdiyyə sədri ilə hakim Qobustanda məhkəməni məzhəkəyə çevirir – MÜRACİƏT

Qobustan rayonu, Xilmilli kənd sakini Osmanov Məhəmməd Mustafa oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Məhkəmə-Hüquq Şurasına, Ombudsman Aparatına və Kütləvi İnformasiya Vasitələrinə bir məsələ ilə bağlı artıq 11-ci dəfədir ki, müraciət ünvanlayıb. Əvvəlki müraciətlərdə Xilmilli kənd sakini Leyla Osmanova Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun və Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanun pozuntuları, korrupsiya hallarının qarşısının dərhal alınmasından və ona məxsus torpaq sahəsinin geri qaytarilmasından şikayətçi idi. Lakin 3 azyaşlı uşaq anasına Qobustanın dövlət qurumları tərəfindən olunan təzyiqlərdən sonra qayınatası Məhəmməd Osmanov bu dəfə vaxtilə rüşvətxor İcra başçısı olmuş İsmayıl Vəliyevin göstərişləri ilə vətəndaşların pay torpaqlarını və ona məxsus bələdiyyə torpağını Gülməmmədov Habil adlı birisinə satmış Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovun törətdiyi qanun pozuntularından, Habilin adından onlara qarşı qaldırdığı qurama və sifarişli məhkəmə oyunbazlığından şikayət edib. Zirveyolu.info  Aktualinfo.org-a istinadla vətəndaş Məhəmməd Osmanovun müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Hörmətli cənab Prezident, bir daha bildirmək istəyirəm ki, mən gəlinimiz Osmanova leyla ailəsilə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişdir. İşlədiyi dövrdə o də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahə əldə etmək üçün ərizə vermişdir. Ərizəyə əsasən Leylaya 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, tikiləcək evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb ona təqdim edildi. Leyla da rəsmən təqdim edilmiş yerinə mişar daşı və bir yük avtomobili qum tökdürüb ki. tezliklə işə başlasın. Elə oldu ki, ailəsinin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoymuşdur. 2013-cü ildən oğlum Adil Osmanovla ailə həyatı qurmuş və o vaxtdan Xilmilli kəndinə köçüb kirayə kimi müvəqqəti bir evdə yaşamağa başlamışdır. Hazırda öhdəsində 3 azyaşlı uşağı vardır. Ona görə də kasıbçılıqdan hələlik ona verilmiş torpaqda ev tikə bilmirdi. Lakin əlavə yerinə yenə iki maşın mişar daşı tökdürmüşdü. Budur, 2019-cu ilin avqustun 10-da oğlum Adilə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil oğluma bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam. Lakin o heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da oğluma və gəlnimə bildirdi ki, mən bu yerin hasarını tikməliyəm.

Oğlum yerdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis sənədlərə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerdə tikintini davam etdirdilər. Oğlum anasıilə bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Ailə üzvlərim Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda oldu. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.

Leylanın 19 may 2020-ci il son şikayətindən sonra DİN-nin istintaq İdarəsinin 13 iyun 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, şikayətimə əvvəlcə Qobustan Polis Şöbəsində qeydiyyata alınmış və Qobustan Prokurorluğunda baxıb və CPM-nin 39.1.1 maddəsi ilə ört basdır etmişlər. Digər rəsmi cavab məktubu ƏN-nin Sumqayıt Regional İdarə rəsinin imzasıilə alınıb.. Məktubdan da görünür ki, sədr S.Bayramov adlı birisi araşdırmailə deyil, yerli bələdiyyə sədri V.Novruzovun diqtəsilə həm mənə, həm də yuxarı orqanlara formal və əsassız cavab vermişdir, Mənə verilən yerin Bələdiyyə qararının ləğv olunması barədə rəsmi məktub göndərmişdir. Hüquqdan anlayışı belə olmayan Sumqayıt Regional Ədliyyə İdarə sədri Sahib Bayramov sonda hətta ifrata vararaq qeyd edir ki, Nərimankənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 saylı qərarı 11.10.2019-cu il tarixində bu qərarın ləğv edilməsi üçün tərəfimizdən Qobustan Bələdiyyəsinə məktub ünvanlanmış və uyğun olaraq 11.11.2019-cu il tarixli iclas protokolu əsasında bu qərar ləğv olunmuşdur” Ədliyyə Nazirliyinin hüquşüası adlanan idarə rəisi S.Bayramov bilməli idi ki, istənilən inzibati aktın – qərarın, sərəncamın, alqı-sayqı, icarə müqavilələrinin hamısı yalnız məhkəmə qətnaməsi əsasında mümkündür.Ona görə də gəlinim L.Osmanova bu qərarın ləğv edilməsi üçün Sumqayıt inzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Ərizə icraata qəbu edilmiş, sərəncam verilmiş və 16 dekabr 2020-ci il tarixinə hazırlıq iclası təyin edilmişdir lakin biz hazırda işin Sumqayıt İnzibati Məhkəməsində iddiaçı H.gülməmmədova yerli bələdiyyənin torpağın satılması barədə əsassız qərarının ləğv olunması barədə verdiyimiz şikayətə baxıldığından Ağsu Məhkəməsi işin icraatını müvəqqəti dayandırmışdır.

Habil Gülmməmədov bizə qarşı idiiasında isə qeyd edir ki. guya biz ər və arvad gəlib onun tikdiyi hasarı dağıtmışıq. Yaxşı ki bu arada Sumqayət İnzibati Məhkəməsi keçən ili iddiamızı təmin edərək Habil gülməmmədova bizm torpağın satılmasına dair əsassız qərarını ləğv etmiş , bizim 2007-ci ildəki qərarımızı qüvvəsində saxlamışdırr.
lakin bütün bunlara baxmayaraq mayın 5-də Qobustan rayon Məhkəməsinin hakimi işin icraatını təzələmişbizi cavabdeh kimi dəvət etmişdir. biz də sumqayıt inzibati Məhkəməsinin qərarını hakim Quliyev Mirələmə təqdim etdikdə o qərar baxıb dedi ki, bu kağız parçasıdır və sənəd sayılmır. Və hakim növbəti iclası 12 may 2022-yə təyin etmişdir. mayın 5-də biz Qobustan Məhkəmə binasına yaxınlaşanda iddiaçı Habil əvvəlcə gedib hakim mirələmin otağında 30 dəqiqə gizli danışıq apardı. Mühafizəçi isə bizi içəri buraxmadı.

Ona görə də hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edirəm ki, imkan varsa hüquqdan anlayışı olan və bir az da savadı olan şəxslərin hakim təyin edilməsi üçün cənab prezidentə təqdimat yazmaq lazımdır ki, öz qanusuz hərəkətlərini və danışıqlarını, İnzibati Məhkəmənin qərarını kağz parçası hesab etməsinlər və heç olmasa özləri anlaya bilsin. Rüşvətxor İcra başçısı İsmayıl Vəliyevin 2011-ci ilin martın 7-də Qobustan Bələdiyyə sədri V.Novruzov vasitəsilə gəlinim L.Osmanovaya ayrılmış 0.06 ha torpaq sahəsini İsmayıllı rayonun Maliyyə İdarəsinin məmuru olan Habil Gülməmmədova qanunsuz satılmasın Sumqayıt İnzibatı Məhkəməsinin qərarına sayğısızlıq göstərilməsin və nəzərə alınaraq Qobustanda məhkəməni məzhəkəyə çevirməsinlər. Açıq bazarı da yığışdırsınlar. Belə biyabırçılıq olmaz. Mən belə ədalətsiz hakim Quliyev Mirələmin apardığı məhkəmə prosesinə də özünə də etiraz edir və məhkəməni baykot edirəm.

yerli bələdiyyə sədrinin Qobustan rayon Məhkəmə hakimilə gizli sövdələşərək Habilin adından mənə və həyat yoldaşım Minəvərə qarşı saxta iddia ərizəsini təmin etdirmək üçün hərəkətə keçmişdir. İddiaçı H.Gülməmmədov da iddiasında qeyd edir ki, guya mən yoldaşım Minəvərlə gəlib iddiaçıya məxsus 50 metr hasarı uçurmuş və ona 960 manat ziyanın ödənilməsini tələb etmişdir. hakim də ekspertiza keçirmək istəyir. Xahiş edirəm saxta və əsassız məhkəmə oyunbazlığının dayandırlmasına və hakim Quliyev Mirələmə etdiyim etirazı nəzərə alasınız. çünki bu hhakim Sumqayıt İnzibati Məhkəməsi hakimi cənab ismayıl Quliyevin qərarını maraqlarının təmin olunması üçün nəzərə almaq istəmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir