Cəmiyyət

Kürdəmir Regional Mədəniyyət idarəsində Əbülfəs Qarayev AB-HAVASI… – İTTİHAM VAR!

Son aylar Mədəniyyət Nazirliyində aparılan islahatlara baxmayaraq, hələdə bu qurumun regional idarələri sabiq nazir Əbülfəz Qarayevin dövründəki ab-havadan çıxa bilmirlər.

Zirveyolu.info  xəbər verir ki, 7NEWS.az-a daxil olan məlumata görə Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir.

7NEWS.az-a daxil olan məlumatda bildirilir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nəzdində olan İmişli, Beyləqan, Xocavənd və Füzuli rayon musiqi məktəblərinə nəzarət Kürdəmir Uşaq İncəsənət Musiqi Qəndab Zülfüqarovaya tapşırılıb. Qəndab Zülfüqarova isə regional idarənin rəis müavini Vaqif Alıyevin ən yaxın adamı kimi tanınır. Bildirlir ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda vəsait mənimsəyir. Dərs saatı artırılan müəllimin əmək haqqısının 30 faizi Qəndab Zülfüqarovaya çatır.

Vaqif Alıyev Qəndab Zülfüqarlı cütlüyünün bu əməliyyatından Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi əvəzi Faiq Xudanlının xəbərdar olduğu və artırılmış dərs saatlarından əldə edilən gəlirdən ona da çatdığı bildirilir.

Məlumatda vurğulanır ki, Kürdəmir Regional Mədəniyyət idarəsində sadəcə olaraq rəhbərlik dəyişib və yenədə köhnə vaxtlarda olduğu kimi dövlət büdcəsindən ayrılan vsaitlər müxtəlif tədbirlər adı altında mənimsənilir. Regional idarə rəhbərliyinin əsas pul silmə əməliyyatları isə hər ay keçirilən müxtəlif tədbirlər silsiləsi ilə bağlıdır.

Məlumatda o da qeyd olunur ki, Faiq Xudanlının təqdimatı əsasında Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarına təyin edilən nümayəndələri korrupsiya fəaliyyətlərini həyata keçirtməkdə davam edirlər. Adı çəkilən rayonların musiqi məktəblərində, klublarda, kitabxanalarda, teatr truppalarında yenədə “ölü canlar” mövcuddur və onların əmək haqqları mənimsənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir