Cəmiyyət

Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal – Video

“Sahil – D Company” MMC rəhbəri Adilağa Hüseynov inanılmaz faktlar açıqlayıb. Reportyor.info xəbər verir ki, A. Hüseynov Zöhrab Əliyev, Nazim Hüseynov və başqa şəxslərin 2015-ci ildən etibarən şirkətin adından istifadə edərək bina sakinlərindən 1, 5 milyon manat mənimsədiklərini söyləyib. Onun sözlərinə görə, dəfələrlə yazılı və şifahi müraciət etsə də, məbləğin hara sərf edildiyi haqda hesabat verməyiblər.

Şirkət rəhbəri deyir ki, həmin şəxslər elektrik enerjisi probleminin həlli adı ilə sakinlərdən imza toplayaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti altında “Xətai 33” şirkəti təsis ediblər.

Bütün bunların baş verməsində köməkçi şəxs Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimai əlaqələr şöbəsinin rəisi Aynur Sabitova olub. Buna göz yumması isə şöbə rəisinin atasının həmin binada yaşaması olub. A. Hüseynov bildirir ki, etdiyi şikayətlərə baxmayaraq, onlar çirkin əməllərini davam etdiriblər: “Aynur xanımın atası Zakir müəllim binada yaşayır. Məhz məmur xanımın köməyi ilə bu iş həyata keçirilib və şirkət qeydiyyata alınıb. Mən artıq teleqram vurmaqdan, məktub yazmaqdan yorulmuşam. Mən cənab Prezidentdən kömək istəyirəm.

Aynur Sabitovanın köməkliyi sayəsində başqasının adına olan 700 kv qeyri-yaşayış sahəsi ilə bağlı Nərimanov məhkəməsində öz xeyrinə qətnamə çıxarıb, bizim sübutlar qəbul olunmayıb.

Reportyor.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir