Xəbər verdiyimiz kimi, bacısının evinə qonaq gələn 23 yaşlı polis əməkdaşı Ramal Əzizov dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sonxeber.az xəbər verir ki, 1987-ci il təvəllüdlü, Kürdəmir rayon sakini Əzizov Ramal Nizami oğlu Polis Akademiyasının 2 kurs tələbəsi olub. Mərhum eyni zamanda Kürdəmir RPŞ-nin təminat tağımında polis çavuşu kimi fəaliyyət göstərib.
O, hadisədən əvvəl imtahanlarını vermək üçün Bakıya bacısının evinə gəlib və orada zəhərlənərək dünyasını dəyişib.
Qeyd edək ki, mərhum 2010-cu il oktyabr ayının 10-da vəfat edib.
Dəm qazından boğularaq ölən polis əməkdaşının fotolarını təqdim edirik:
Leyla