Petrik və ya Lenya Xitrıy kimi tanınan nüfuzlu qanuni oğru Aleksey Petrov Ukraynadakı evinin həyətində vəhşicəsinə öldürülüb.
“Ölkə.Az” xəbər verir ki, dəhşətli qətlin videosu yerli Strana.ua nəşri tərəfindən yayımlanıb. Görüntülərdə iki nəfərin qanuni oğrunu döydüyü, birinin isə bıçaqladığı əksini tapıb.
Qeyd edə ki, o, 70-ci illərin sonlarında Moskvanın şimal-şərqindəki Mazutnıy keçidində “Mazutkinski” dəstəsi kimi tanınan ilk cinayət dəstələrindən birini yaradıb. Petrov əfsanəvi qanuni oğru “Yaponçik”in ən yaxın adamı və varisi hesab edilirdi.