Cəmiyyət

Gəncəbasarda sement-beton monopoliyası… – Külli miqdarda vergidən yayınmaya niyə göz yumulur?

Tikinti sektorunda “Qaranit Beton” MMC istehsal etdiyi məhsulları niyə maya dəyərindən aşağı qiymətə satır?- Bu hal vergidən yayınmadan mümkün deyildir.
Bu haqda Göygöl rayon Üçtəpə kənd sakin Novruzov Novruz Cəmil oğlu tərəfindən Prezident İlham Əliyevə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi yanında S.Ə.Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin rəisinə və 12 saylı ƏVD-nin rəisi cənab Şahin Eyyubova şikayət məktubu ünvanlayıb.

Zirveyolu.info xəbər verir ki, şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.

Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:

Yazıb məlum edirəm ki, Gəncə şəhəri və Gəncə şəhər ətraf rayonlarda beton istehsal edib satan müəssisələrin bəziləri Azərbaycan Respublikasının müvafiq qanunlarını pozaraq dövləti və vətəndaşları aldadır.
Mən fikirləşirəm ki, aldatma aşağıda göstərdiyim kimi baş verir:
Əvvəla sement Azərbaycan dövlətində üç zavodda istehsal olunur.Qiymətləri Gəncə şəhərinə çatdırılma ilə bir yerdə Qazax Sement zavod 1 ton 42.5 marka sementi 145 manat (ədv ilə birlikdə), Holcim Zavod 1 tonu 42.5 marka seemnt 153 manat ədv ilə birlikdə, Norm Sement zavod 1 ton sement 42.5 marka, 151 manat ədv ilə birlikdə.

Bu sement qiymətlərdən əlavə olaraq, beton istehsal etmək üçün beton məhluluna qum, otsep, qırmadaş, qatqı, su, daşınma xərci, pompa xərci, zavodun rentabelliyi, işçilərin əmək haqqı, sosial ayırmalar, elektrik enerjisi və sair xərcləri hesablayanda 1 m3 300 marka beton məhlulunun satış qiyməti 80 manatdan baha başa gəlir.
Ancaq Qranit beton, və bəzi baton sexləri 1 m3 300 marka beton məhlulunu 70,71,72 manat civarında satırlar. Onda sual yaranır, niyə maya dəyərindən ucuz satırlar?
Maya dəyərindən ucuz beton satmağın səbəbi bir neçə hal ola bilər.Birinci sementin ucuz alınması. Bu hal özü-özlüyündə qeyri mümkündür.
İkinci hal – sement zavodlarından qeydiyyatsız sement almaq. Bu hal mümkündür.
Üçüncü hal – keyfiyyətsiz yəni sementini az qatmaqla beton isthsal etmək. Bu hal da mümkündür.
Dördüncü hal – betonun miqdarının əksik vermək. Bu hal mümkündür. Yuxarıda göstərdiyim qanunsuzluqlardan istifadə edən, bəzi beton sexlərinin sahibləri, keyfiyyətsiz beton istehsal etməklə, vətəndaşlarımızın həyatını təhlükə altında qoyur. Qeydiyyatsız sement gətirməklə vergi ödəməkdən yayınır, dövlətimizin qüdrətinə balta vurur.
Bir nəfərin qanunsuz, keyfiyyətsiz beton istehsal edib satanın təsiri, onlarla başqa zavodlarda işsizlik yaradır, dövlət büdcəsinə sosial ayırmalar ləğv olunur.
Adıçəkilən “Qranit Beton” MMC Gəncədə sosial evlərin tikintisini aparan şirkətlərin beton təminatını həyata keçirməklə yanaşı, tikintini otsep, qum, sement, müxtəlif ölçülü çınqıllar və qatqı kimi komponentlərlə də təmin edirdi. Amma, məsələnin başqa maraqlı bir tərəfi var. “Qranit Beton” MMC yuxarıda sadalanan komponentləri istehsal edə bilmədiyi halda, bu təminatı necə həyata keçirib? Bunu müəyyən etməyin yolu isə “Qranit Beton” MMC bu materialları hansı təşkilatdan alınması barədə rəsmi sənədləri hüquqi şəkildə araşdırmaqdır. Əks halda bunu müəyyən etmək çətin olacaq.Çünki “Qranit Beton” MMC sosial evləri tikən iş icraçısı şirkətlərə betondan əlavə satdığı məmulat və materialları şəxsi istifadəsi qismində alır və onlara necə deyərlər çöldən-çölə satır.
Bununla da “Qranit Beton” MMC və digər istehsalçı şirkətlər bu məhsulların alqı-satqısını rəsmiləşdirmir və dövlət büdcəsinə ödəniləcək milyonlarla vəsaiti gizləyir. Konkret desək, öz ciblərinə qoyur. Əgər “Qranit-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixrac sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çıxacaqdır.Hətta, ekspertiza təyin edilməklə enrji və digər kommunal sərfiyyatlar üzərə hesabat aparılarsa, iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar. Bir sözlə,Gəncədə tikilən sosial evlərin tikintisində istifadə olunan sement, mişar daşı, kərpic, qum, və sair materialların hansı təşkilatdan alınması yoxlanılarsa yenə də külli miqdarda vəsaitin vergidən yayınma halı çılpaqlığı ilə müəyyən olunacaqdır. Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir… Başqa bir diqqətçəkən məqam isə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncədə tikilən sosial evlərin inşaasına heç bir yerli tikinti şirkətinin iştirakını təmin etməməsidir. Baxmayaraq ki, tenderə həm Gəncədən, həm yaxın bölgədən onlara şirkət qatılıb. Deməli, görünən odur ki, dövlətin müyyən sturukturlarında yüksək vəzifə tutan “yekə dayı”ların çətiri altında olan Bakı şirkətləri milyonlar qazanmalı,ancaq yerli şirkətlər pandemiyanın ağır dönəmlərində iqtisadi baxımdan tam çökməli idi… Bütün bunları təhlil edən zaman ortaya bir sıra suallar çıxır. Görəsən,Mənzil İnşaatı Dövlət Agentliyini “Qaranit Beton” MMC ilə hansı maraqlar bağlayır ki, sosial evlərin tikintisinə sərf edilən sement və betonu həm ondan alınır, həm də sözügedən MMC-nin texniki vastələri ilə daşınır? Bu hal ölkənin ikinci ən böyük şəhəri olan Gəncə sahibkarlarına qarşı ayrı seçkilik və inhisarçılıq deyilmi?
İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Qranit Beton” MMC-nin fəaliyyəti yoxlanılacaq.Hal-hazırda isə Göygöl “Qranit Beton” MMC Şəmkir rayonu ərazisində yerləşən Yenikənd “su” anbarının yenidən qurulmasına 35 min kub metr beton məhlulu müqaviləsinin icrasına başlayıb.
Yazaraq Sizdən xahiş edirəm müvafiq təşkilatlara göstəriş verəsiniz, özlərinin haqsız rəqabəti nəticəsində cinayət yolu ilə varlanaraq, dövıət və dövlətçiliyimizə bilərəkdən, bilməyərəkdən ziyan vuran adamlar haqqında qanuna müvafiq ölçü götürsünlər.

Yazaraq Sizdən xahiş edirəm müvafiq təşkilatlara göstəriş verəsiniz, özlərinin haqsız rəqabəti nəticəsində cinayət yolu ilə varlanaraq, dövıət və dövlətçiliyimizə bilərəkdən, bilməyərəkdən ziyan vuran adamlar haqqında qanuna müvafiq ölçü götürsünlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir