Cəmiyyət

“Səhliyalı”da halala haram qatan kimlərdir? – Şəhidlərin adından istifadə edilir – İDDİA

Şəhidlər bulağı”nın inşasını öz adına çıxır…

“Səhliyalı” kiçik müəssisəsinin Beyləqan regional bölməsində şirkətin satışa verilən məhsullarına haram qatılmasına dair tənqidi məqalə dərc

edilmişdi. Şirkətin markası olan “1000 bərəkət, halal nemət” “Manqalüstü” sosislərinin vaxtı keçmişlərini yenidən emal olunaraq təzə mal adı ilə satışa verilməsindən, hətta bu cinayəti törətmək üçün xüsusi paketləyici ütü və digər lazımi avadanlıq işə salınmasından, regional bölmədə işçilərin əmək müqaviləsi olmadan əməyə cəlb olunmasından, vergidən yayınma hallarından yazmışdıq. Bütün bu və digər qanunsuzluqların bir səbəbkarını da göstərmişdik – Regional nümayəndəliyi (satış müdiri) Fuad Həsənov.

Onu da qeyd etmişdik ki, Fuad Həsənov rayonda monopoliya yaratmaqla təkcə təmsil etdiyi şirkətin deyil, başqa daha bir neçə istehsalçının, məsələn, “Dadlıca”, “Flaqman”, “SAB” “İsgəndər qida” və sair şirkətlərin və sexlərin məhsulunın satışına da girişib, eləcə də ekspeditelrin (malsatanların) payına əl uzadıb ki, bu da onun şirkət qarşısında götürdüyü öhdəliyə zidd olmaqla yanaşı, həmdə inhısarçılıqla məşğul olduğuna bir nümunədir. Eləcə də Beyləqanda satış müdiri Fuad Həsənovun şirkət rəhbəri nümunəvi vergi ödəyicisi, xeyirxah insan İlham Bəşirovun mərkəzi ofisə idarəçilik işinə cəlb etdiyi qohumları ilə “separat” danışıqlara gedərək onlarla əlbir olub haram gəlirlərini onlarla bölərək cinayət əməllərini həyata keçirdiyi barədə məlumatları da bölüşmüşdük.

Məqalə hətta gözlədiyimizdən də artıq rezonans doğurmuşdur. Belə ki, qarşı tərəf bizimlə əvvəlcə özü, sonra isə adamları əlaqəyə çıxararaq tənqidi yazıları durdurmağa çalışır. Görün, Fuad bizə nə deyir: “Şirkətdən nə yazırsınız yazın, amma məndən yazmayın”. Artıq hər şey bəlli oldu. Allah babalarımıza qəni-qəni rəhmət eləsin. Boşuna deməyiblər ki, qurd ağacı içindən yeyər. Nə qədər gec deylse “Səhliyalı” nın “Min bərəkət, halal nemətinə” soxulan “iki ayaqlı qurdları”nın başı əzilməlidir ki, məhsulları da zəhərləyici olmasın.

Mövcud vəziyyət açıq-aşkar göstərir ki, Fuad Həsənov ciddi narahatlıq keçirir, həm də onu yalnız öz taleyi maraqlandırır, şirkətin nüfuzuna xələl gəlməsi qayğılandırmır. Fuadın əndişəsi o həddə çatıb ki, indiyədək mətbuatla ilişkilərdən yayınan bu adam Beyləqandakı gözəlçələrin işlətdiyi saytda şənninə təriflər yazdırıb, özünü “yerli ictimaiyyət arasında hörmət qazanmış nüfuzlu iş adamı” kimi qələmə verməyə çalışır. Məsələnin ən ilginc tərəfi odur ki, həmin tərifnamə yazıda Fuad Həsənovun Beyləqanda “Şəhidlər bulağı” inşa etdirdiyi yer alıb. Halbuki, hamıya məlumdur ki, rayonda Fuadı pul əvəzinə zənbildə gəzdirəcək qədər imkanlı oğullar var və sözügedən “Şəhidlər Bulağı”nı da məhz onlar ərsəyə gətiriblər. Ola bilsin ki, F.Həsənov da həmin təşəbbüsə qoşularaq inşaat işlərinə beş-altı kisə sement alıb hədiyyə edib. Amma bütün layihəni öz adına çıxmaqda haqlı deyil və yəqin ki, tezliklə bu məsələnin əks-sədası özünü çox gözlətməyəcək. Ola bilsin, “Səhliyalı” firması bu “Sovetski uşağının” əlində aciz qalıb, amma Beyləqan cəmiyyəti qeyd olunan həssas məsələdə ona güzəştə getməyəcək.

F.Həsənovun işdəycələri sırasına onu da əlavə edək ki, o, “Aran” Regional Aqrar İnkişaf Mərkəzinin (keçmiş “Damazlıq Qoyunçuluq” Sovxozunun-red.) balansındakı ərazini yerli məmurlara rüşvət verib gözlərini yummaqla zəbt edib və həmin ərazilərdə obyektlər inşa etdirib, o cümlədən, çalışdığı şirkətin bazasını yaradıb.

Beyləqanda və ətraf rayonlarda Fuaddan xeyli əvvəl “Səhliyalı” ilə əməkdaşlıq edən, ekspeditel fəaliyyəti ilə məşğul olan, çoxillik təcrübəyə malik onlarla şəxs vardır ki, Fuad onları sıxışdıraraq əməkdaşlıqdan uzaqlaşdırıb. Bu məqamda ötən məqalədə toxunduğumuz bir məsələyə yenidən qayıtmağa lüzum görürük: “Səhliyalı” firması satışa göndərdiyi məhsulun satışını həyata keçirən şəbəkəyə malın ümumi qiymətinin 27-30 faizini qazanc kimi bağışlayır. Bu şəbəkənin ən axırıncı həlqəsi mağaza-marketlərdir ki, 12-13 faiz alırlar. Yerdə qalan paydan əli cibində heç bir iş görməyən Fuad 12-15 faiz özünə götürür.

Çatdırılma işi ilə məşğul olan ekspeditellərə isə 2-3 faiz verir. Bu isə onları qane eləmir – sərf olunan yanacağın, sıradan çıxan ehtiyyat hissələrinin pulu çıxılanda demək olar heç nə qalmır. Etiraz edənlərə isə Fuad deyir ki, şirkət özü pay bölgüsünü məhz belə müəyyənləşdirib, bəzi ekspeditellərlə əməkdaşlığa guya Bakıdan “stop qoyulub”. Şirkət rəhbərliyindən region üzrə koordinator Fəxrəddin (Faxı) adlı şəxs isə Fuadın sözünü təsdiqləyərək ona dəstək verir. Belə yarıtmaz monopolist siyasətin nəticəsidir ki, artıq bir sıra satış şəbəkələri “Manqalüstü” sosislərini satmaqdan imtina ediblər.

İncəsənət Universitetini fərqlənmə ilə bitirmiş Fuad Həsənov aktyorluğu yaxşı bacarır, amma nə qədər rola girirsə-girsin, daha xeyri yoxdur, çünki artıq maskası yırtılıb. Şübhə etmirik ki, Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqəli qurumlar, elə “Səhliyalı” şirkətinin rəhbərliyi Fuad Həsənovun qanunazidd əməllərinə hüquqi qiymət verəcək, Beyləqan cəmiyyəti isə onu “persona non-qrata” elan edəcək.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır. (RealMedia.az)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir