“Rusiya ABŞ-la strateji məsələlərin həlli üçün müzakirələrin davam etdirilməsinin tərəfdarıdır”.
Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov yaxın və orta mənzilli raketlərin ləğv ilə bağlı sazişin pozulmasına münasibət bildirərkən belə deyib
O bildirib ki, danışıqlar qarşılıqlı hörmət prinsipi ilə həyata keçirilməlidir. Ryabkov Vaşinqtonu yaxın və orta mənzilli raketlərin istehsalını dayandırmağa çağırıb.