Siyasət

Keçmiş deputatın holdinqi böyük zərər edib – TƏFƏRRÜAT

Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğluna məxsus olan “Karat Holdinq” MMC-nin (VÖEN – 9900000141) ötən il gəlirləri təxminən 2 dəfə azalıb.

Zirveyolu.info-ın məlumatına görə, Yeniavaz.com “Karat Holdinq” MMC-nin illik hesabatına istinadən bildirir ki, 2021-ci ilin yekununda şirkət 1 milyon 366 min 836 manat zərər edib.

Məlumat üçün bildirık ki, “Karat Holdinq” MMC 14.03.2004-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarova, ev 201-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsabil Qasımovun qayını Umudov İqdam Əliş oğludur.
Sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində – “meclis.gov.az”da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən “Karat” holdinqinin direktorudur.
Onu da qeyd edək ki, ötən il Əsabil Qasımovun rəhbərlik etdiyi (qanuni təmsilçi) “Azşuqar” Ticarət Şirkəti (VÖEN-1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrilib. Şirkətin yeni rəhbəri isə Aleksandr Verşinin Vladimiroviçdir.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Karat Holdinq” MMC-yə bağlı olan onlarla şirkət və biznes obyekti fəaliyyət göstərir.

Həmin şirkətlərin və obyektlərin bəzilər aşağıdakılardı:
– “Karat” MTK
– “İdeal” MMC
– “Azİnvest” Tikinti Şirkəti
– “Everest-M”
– “Şin Servis”
– “Karmen” MMC (Un dəyirmanı)
– Hökməli Makaron Fabriki
– Hökməli Kisə Fabriki
– “ASTE”L MMC (Quşçuluq fabrikləri)
– Gəncədə “Fatoğlu” un dəyirmanı
– Bakıda “Marina Plaza” oteli
– Bakıda “Premium” market

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir