Dünya

İstanbuldan təyyarə ilə gələn şəxsin çantasından çıxanlar ŞOKA SALDI – FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Zirveyolu.info  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqajlar T1 terminalının bunkerində rentgen aparatından keçərkən monitorda şübhəli cizgilər müşahidə edildiyindən baqajların üzərinə xüsusi işarələnmiş qırmızı lent vurulub. Lakin sərnişin gəliş zalındakı lentin üzərindən baqajları götürdükdən sonra qırmızı lenti qoparıb və gömrük nəzarəti zonasını “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə keçmək istəyib. Gömrükçülər tərəfindən “Qırmızı Kanal”a yönləndirilən şəxsin baqajları rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Bundan sonra sərnişin yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd çamadan və 1 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan stomatologiya sahəsində istifadə edilən 34 adda, külli miqdarda tibbi ləvazimatlar, maddələr və dərman preparatları aşkarlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir