Sabahdan rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu başlayır.
Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılan namizədlər 7 və 8 avqust saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən mərkəzə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.