Manşet

Binədə harınlığın binəsi NECƏ QOYULUBSA… – Şəhid ailəsinə hücum çəkdilər…

Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin məmurları I Qarabağ savaşının şəhidləri olmuş Vidadi, Xəqani, Hasil Aslanov qardaşlarının adına inşa edilmiş bulağa hücum həyata keçirirlər. Qəsəbədə icra başçısının nümayəndəliyini edən Ərəstun və Gülbala mövcud bulağın sökülməsini istəyirlər. Zirveyolu.info xəbər verir ki, Demokratik.Az-a bu barədə şəhid Xəqani Aslanovun oğlu Cəsarət özü məlumat verib. Şəhid övladı yerli məmurların təzyiqlərindən bezdiyini, atasının və əmilərinin adına olan bulaq kompleksini qorumağa çalışdığını bildirib.

Cəsarət Aslanovun sözlərinə görə, adını çəkdiyi məmurlar onu işdən qovdurmaqla da hədələyərək şantaj edirlər, Gülbalalar heç kimə və infrastruktura maneə olmayan, öz vəsaitlərilə tikilmiş bulağın uçurulmasına çalışırlar.

Şikayətçi bildirir ki, Xəzərin icra başçısı Elşən Salahovla görüşmək istəsə də cəhdlərinin qarşısı alınıb. Şəhid övladı əmindir ki, onun dedikləri araşdırılacaq və şəhid bulağına toxunulmayacaq.

“Bulağı söksələr, atamızı bir daha itirdiyimizi düşünərik”- deyə Cəsarət Aslanov deyir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir