Zirveyolu.info bildirir ki, Azerinfo.az xəbər informasiya agentliyinə daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 20 saylı dolayında Zəkəriyyə adlı sahibkar dövlət meşə fondunu zəbt edərək orada qanunsuz tikililər həyata keçirib.
Mənbənin bildirdiyinə görə, sözügedən sahibkar orada maşın sexi və s. dükanlar salıb və həm də birbaşa işlənmiş maşın yağını və zibilləri meşə ərazisinə tökür.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Zəkəriyyə ilə əlaqə saxladıq, o isə bizə sözügedən yerə 1992-ci ildən çıxarışının olduğunu söylədi.
Bizə çatan məlumat görə, sözügedən ərazilərin “dolya”sını sabiq meşə baş mühafizə mühəndisi Abturab Bağırov yığıb Meşələrin İnkişafı Xidmətinə ötürür.
Qarşı tərəfi də dinləməyə hazırıq…
Daha ətraflı aşağıdakı videoda: